• $ 1.7
  • € 1.7876
  • ₽ 1.9209
  • ₺ 0.0467
  • £ 2.155

Mətanətin “Maşın” şou ilə bağlı şok sözlərinə Murad Dadaşovdan cavab

Mətanətin “Maşın” şou ilə bağlı şok sözlərinə Murad Dadaşovdan cavab
12.06.2018 20:47
Xəbər verdiyimiz kimi, aparıcı Mətanət Əliverdiyeva ATV kanalında yayımlanan "10-dan sonra” proqramının qonağı olarkən "Maşın”da SMS-lərin düzgün hesablanmadığını deyib.
Şounun müəllifi Murad Dadaşov bu mövzu ilə bağlı Publika.az-a açıqlama verməsə də, verilişin dünənki buraxılışında məsələyə üstüörtülü aydınlıq gətirib:
"Maşın” haqqında orada-burada çoxlu söhbətlər gəzir. Bu illər ərzində maşının bir vacib cəhəti var ki, oyun həqiqətən də ədalətlidir. Əgər oyun ədalətli olmasaydı, 16 sürət və hər sürətdə 18 nəfər iştirakçı toplanmazdı. Özü də onların hər biri həyatda uğur qazanmış və özünə hörmət edən tanınmış simalardır. Oyun ədalətsiz getsəydi, hər hansı pozuntular baş versəydi, heç kim ikinci dəfə buraya gəlməzdi. Heç kim oyunu özündən artıq hesab etmir. Murad Dadaşovun hörməti və dəvəti öz yerində, amma heç kim Murad Dadaşovu belə özündən artıq hesab etmir. Hamı özünə arxayındır”.
Xatırladaq ki, M.Əliverdiyeva veriliş haqqında bunları söyləmişdi:
"Orada göndərilən SMS-lərin düzgün hesablanmamasının şahidi oldum. Bilirsiniz ki, mən açıq danışan xanımam”.
Bu zaman "10-dan sonra”nın aparıcısı Yusif Ağayev M.Əliverdiyevanın susması üçün ona göz-qaş edib. Sözügedən kadrlar Atv kanalının yutub kanalında yerləşdirilib, lakin sonradan silinib.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
TƏBİB müşavirə keçirib
Cəmiyyət 21:00
TƏBİB müşavirə keçirib
Quru sərhədlərin bağlı qalması turizmə ciddi təsir edir - Kənan Qasımov
Cəmiyyət 11:22
Quru sərhədlərin bağlı qalması turizmə ciddi təsir edir - Kənan Qasımov
Nazirlik müraciətimə nə vaxt baxacaq? Mən öləndən sonra?! - Xalq artisti
Cəmiyyət 17:20
Nazirlik müraciətimə nə vaxt baxacaq? Mən öləndən sonra?! - Xalq artisti
Vaqif Mustafayev Prezident tərəfindən təltif olunub
Cəmiyyət 15:59
Vaqif Mustafayev Prezident tərəfindən təltif olunub
Prezident Rasim Balayevlə bağlı sərəncam imzaladı
Cəmiyyət 14:10
Prezident Rasim Balayevlə bağlı sərəncam imzaladı
Xalq rəssamı Fazil Nəcəfov vəfat edib
Cəmiyyət 12:34
Xalq rəssamı Fazil Nəcəfov vəfat edib
Türkiyədə 870 illik məscid üç böyük zəlzələ olsa da dağılmadı - Fotolar
Cəmiyyət 20:24
Türkiyədə 870 illik məscid üç böyük zəlzələ olsa da dağılmadı - Fotolar
Xalq artisti vəfat etdi
Cəmiyyət 22:49
Xalq artisti vəfat etdi
ASAP xarici ölkələrdə Gənclər Gününə həsr olunmuş silsilə tədbirlər keçirilib
Cəmiyyət 15:32
ASAP xarici ölkələrdə Gənclər Gününə həsr olunmuş silsilə tədbirlər keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol