Ermənistanı qorxudan SİLAHLAR, əsrin SAZİŞİ... – GÜNÜN SİYASİ XÜLASƏSİ
Azərbaycan Respublikası ilə Belarus Respublikası arasında hökumətlərarası razılaşmaya əsasən ölkəmizə gətirilən 301 mm-lik "Polonez”lər ordumuzun silahlanmasına daxil edilib. İtaliya Suriyanın Deyr əz-Zor bölgəsində olan YPG-PKK qruplaşmasına dəstək olması üçün Suriyaya hərbçilərini göndərib. Sinqapurda ABŞ prezidenti Donald Tramp və Şimali Koreya lideri Kim Çen In arasında çoxdan gözlənilən tarixi görüş keçirilib. Kiyev terrorizm və irqi diskriminasiyanın maliyyələşdirilməsi haqqında iş üzrə Rusiyadan BMT məhkəməsinə şikayət edib.
Bu gün Türkiyənin Əskişəhər şəhərində Transanadolu boru kəməri (TANAP) layihəsinin açılış mərasimi keçirilib. Mərasimdə Azərbaycan Prezidenti İlham Əliyev,Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Ukrayna Prezidenti Petro Poroşenko, Serbiya Prezidenti Aleksandr Vuçiç və digər yüksək vəzifəli rəsmilər də iştirak ediblər.
Azərbaycan Respublikası ilə Belarus Respublikası arasında hökumətlərarası razılaşmaya əsasən ölkəmizə gətirilən 301 mm-lik "Polonez”lər ordumuzun silahlanmasına daxil edilib."POLONEZ” Belarus, "LORA” isə İsrail istehsalıdır. Azərbaycan hər iki ölkə ilə hərbi əməkdaşlığını genişləndirir. Azərbaycan Ordusunun arsenalına daxil edilən bu iki raket kompleksi Ermənistanda ciddi narahatlıq yaradıb.
"Lragir” saytı yazır ki, Belarus və İsrail Ermənistana zərbə vurdu.
www.anews.az

"Azərbaycan ərazilərini işğal altında saxlamaq azmış kimi, Ermənistan ianə olaraq qəbul etdiyi "İskander” taktiki-operativ raketləri ilə dövlət başçısı səviyyəsində Azərbaycanın şəhərlərini vurmaqla təhdid edir və bununla öyünməkdən utanmırdı”. Bu sözləri XİN-in mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev Azərbaycan tərəfindən "Polenez" və LORA tipli uzunmənzilli raketlərin əldə edilməsinin Ermənistanda ciddi narahatlıq yaratmasını şərh edərkən deyib.
"DQR” "prezidenti”, işğalçı rejiminin başçısı Bako Saakyan 2020-ci ildə keçiriləcək "prezident seçkilərində” öz namizədliyini irəli çəkməyəcək. B.Saakyan bunu erməni telekanallarına verdiyi müsahibəsində bəyan edib.
O xatırladıb ki, "Konstitusiyaya” uyğun olaraq, "ümummilli prezident seçkiləri” 2020-ci ildə keçiriləcək: " Mən rəsmən bildirmək istəyirəm ki, prezident postuna namizəd olmayacağam".
Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) və İsrail səlahiyyətliləri Cənubi Kiprdə İranın bölgədəki təsirinə qarşı mübarizə məqsədilə gizli görüş keçiriblər. Bu iddia ilə ABŞ-ın "New Yorker” jurnalı çıxış edib.
Xəbərə görə, Amerikanın kəşfiyyat xidmətləri 2016-cı ildə BƏƏ və İsrailin yüksək səviyyəli səlahiyyətlilərinin Kiprdə gizli bir görüşü barədə məlumat əldə ediblər. Buna baxmayaraq, ABŞ-ın keçmiş prezidenti Barak Obamaya İrana qarşı aparılan gizli danışıqlarla bağlı heç vaxt məlumat verilməyib.
İsrail ilə BƏƏ arasındakı rəsmi diplomatik əlaqələrin olmamasına baxmayaraq, hər iki ölkə İranın bölgədəki təsirinə qarşı çıxır.
İtaliya Suriyanın Deyr əz-Zor bölgəsində olan YPG-PKK qruplaşmasına dəstək olması üçün Suriyaya hərbçilərini göndərib. Bu barədə "Anadolu” agentliyi yerli mənbələrə istinadla informasiya yayıb.
Məlumata görə, təxminən bir həftə əvvəl Suriyanın şimalında YPG-PKK nəzarətindəki ərazilərə İraq bölgəsindən İtaliya əsgərləri daxil olub. Əsgərlər əvvəlcə Hasekə, daha sonra isə Deyr əz-Zora gəlib. Burada italiyalı əsgərlər Ömər neft yatağı ərazisindəki ABŞ hərbi bazasında məskunlaşıblar.
Sinqapurda ABŞ prezidenti Donald Tramp və Şimali Koreya lideri Kim Çen In arasında çoxdan gözlənilən tarixi görüş keçirilib. Görüşün sonunda sammitin yekun sənədi imzalanıb.
Hər iki lider yekun sənədi kompleks və ətraflı adlandırıb.
"Koreya Xalq Demokratik Respublikası raket mühərriklərinin sınağı üzrə poliqonu məhv etdi, daha sonra orada sınaqdan keçirilən raketlər də məhv ediləcək”. Bunu ABŞ prezidenti Donald Tramp Koreya Xalq Demokratik Respublikasının (KXDR) lideri Kim Çen Inla Sinqapurda baş tutan görüşün nəticələri ilə bağlı keçirilən mətbuat konfransında deyib.
Tramp həmçinin görüşün nəticələri ilə bağlı bır sıra məsələlərə aydınlıq gətirib.
"Ukraynada anlayırlar ki, Ukrayna Silahlı Qüvvələri Rusiya ilə müharibəyə hazır deyil”. Bu haqda Ukrayna Birləşmiş güclərin əməliyyat qərargahının böyük zabitinə istinadən "Strana.ua” yazıb.
Onun sözlərinə görə, Moskva ilə münaqişə halında, nə Ukrayna dövləti, nə də ordu belə müharibəni aparmaq gücündə olacaq. Zabit həmçinin əlavə edib ki, Kiyev Xarkov, Çerniqov və ya Sumsk vilayətlərinin sərhədlərində kifayət qədər hərbi kontingentə malik deyil.
"Ukraynada sadəcə o qədər döyüş bacarığı olan bölmə yoxdur ki, Rusiya ilə müharibə apara bilsin”, - nəşrin mənbəyi vurğulayıb.
Kiyev terrorizm və irqi diskriminasiyanın maliyyələşdirilməsi haqqında iş üzrə Rusiyadan BMT məhkəməsinə şikayət edib. Bu haqda ölkə prezidenti Pyotr Poroşenko bildirib.
Sənəd 2017-ci ildə Ukrayna hakimiyyəti tərəfindən təşəbbüs edilmiş proses çərçivəsində beynəlxalq məhkəməyə təqdim ediləcək. Kiyev Rusiyanı, xüsusi halda, qanunsuz silah çatdırılmasında, həmçinin Krım tatarlarının diskriminasiyasında ittiham edib.
"Rusiyaya qarşı iş üzrə memorandumun təqdim edilməsi o deməkdir ki, Rusiya bütün qeyri-qanuni hərəkətlərinə görə məsuliyyət daşıyacaq”, - Poroşenko feysbuk səhifəsində yazıb.
Daha əvvəl Ukraynanın Xarici İşlər Nazirliyinin başçısı Pavel Klimkin bildirib ki, memorandum 29 cilddən ibarətdir və təxminən 90 kiloqram çəkiyə malikdir.
(publika.az)