• $ 1.7
  • € 1.7876
  • ₽ 1.9209
  • ₺ 0.0467
  • £ 2.155

Pərvin Abıyeva “Maşın”ın oyunçularını ifşa etdi: “Əlimi ona görə götürdüm ki…” – Video

Pərvin Abıyeva “Maşın”ın oyunçularını ifşa etdi: “Əlimi ona görə götürdüm ki…” – Video
12.06.2018 22:15
"Məni bu günə qədər dəstəklədiniz, 5 nəfərə qarşı olanda, tək qoymadınız, səslər göndərdiniz.
Amma dünənki oyunda sizdən səs istəyə bilməzdim. Psixoloji cəhətdən özümü oyundan çıxmağa o qədər kökləmişdim ki, hətta son çıxışımı da hazırlamışdım. Bilmirəm ki, Roza xanım verdiyi hansı sözdən və hansı dostluqdan danışırdı”.
Publika.az xəbər verir ki, bu sözləri dünən oyunu öz istəyi ilə tərk edən aktrisa Pərvin Abıyeva deyib. Kino ulduzu bildirib ki, verilişdə dostu olmayıb:
"Sadəcə düzgün və ədalətli oyun aparırdım. Əlimi ona görə götürdüm ki, getmək istəyirdim və bilirdim ki, Uranın hədəfi mənəm. Odur ki, onun əli ilə deyil, məhz öz istəyimlə çıxdım. Onsuz da məni çıxaracaqdı. Ən əsası adım çəkilmədən oyunu özüm başı dik tərk etdim. 5 günlük mübarizəm, açdığım üzlər bu gün özünü göstərdi. Mənə lazım olan sizin sevginizi qazanmaq idi”.
Aktrisa daha sonra aparıcı Aytən Səfərova haqqında dediyi fikirlərə də aydınlıq gətirib:
"Sonda Aytən xanıma dediyim söz yanlış anlaşılmasın. "Çəkin qədər üzün var” deyərkən əsla onun bədəninin çəkisini tənqid etməmişdim. Ağırlıq demək istəmişdim, həyəcanıma keçin.
İstənilən halda bu, oyun idi və məqsədim də o idi ki, öz missiyamı yerinə yetirim. Bu verilişdə iştirak etməklə maşını udmaq yox, sadəcə keçən "Maşın” şouda itirdiyim reputasiyamı geri qaytarmaq istəyirdim. Oyunda hər şey mübahdır, amma bəzi məqamları çıxmaq şərti ilə. Tək mübarizə apardım və tək çıxdım. Heyf ki, əlimi götürdüm, amma Aytən yenə də çıxarıldı. Kaş ki, mübarizə sabah davam edərdi. Oldu keçdi”.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Nəvə toyu 4-cü bölüm. Ramiz Mehdiyevə tost dedilər:
Cəmiyyət 19:09
Nəvə toyu 4-cü bölüm. Ramiz Mehdiyevə tost dedilər: "Sizin sayənizdə adam olmuşuq" - VİDEO
Çinarə Məlikzadə Üzeyirdən xahiş etdi ki… – Video
Cəmiyyət 11:38
Çinarə Məlikzadə Üzeyirdən xahiş etdi ki… – Video
Bakıda iş adamı oğluna dəbdəbəli toy etdi: Məşhurlar toplaşdı - VİDEO
Cəmiyyət 11:36
Bakıda iş adamı oğluna dəbdəbəli toy etdi: Məşhurlar toplaşdı - VİDEO
Cəmiyyət 09:27
"Maşın"dan kənarlaşdırılan Mətanət yolun ortasında rəqs etdi - VIDEO
Xalq artisti relslərin üzərində şəkil çəkdirən qızdan danışdı – Video
Cəmiyyət 06:54
Xalq artisti relslərin üzərində şəkil çəkdirən qızdan danışdı – Video
Manananın rəqsi hər kəsin xoşuna gəldi — VİDEO
Cəmiyyət 06:20
Manananın rəqsi hər kəsin xoşuna gəldi — VİDEO
Leyla və Emin “Jara-2018”in ikinci günü qırmızı xalıda - Video
Cəmiyyət 04:03
Leyla və Emin “Jara-2018”in ikinci günü qırmızı xalıda - Video
Leyla Əliyeva oğulları ilə “Jara”da - Video
Cəmiyyət 01:05
Leyla Əliyeva oğulları ilə “Jara”da - Video
Mətanət İsgəndərlinin dəbdəbəli bağ evi VİDEO
Cəmiyyət 19:07
Mətanət İsgəndərlinin dəbdəbəli bağ evi VİDEO
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol