• $
  • £

Prezident başçı müavinini işdən çıxardı - Sərəncam

Prezident başçı müavinini işdən çıxardı - Sərəncam
20.06.2018 15:51
Yasamal Rayon İcra Hakimiyyəti (RİH) başçısının birinci müavini Səməd İslamov işdən çıxarılıb.

Report xəbər verir ki, bununla bağlı müvafiq sərəncam imzalanıb.

Digər sərəncamla Rzayev Elçin Adil oğlu Yasamal rayon İcra Hakimiyyəti başçısının birinci müavini təyin edilib.

E.Rzayev əvvəllər Əmlak Məsələləri Dövlət Komitəsində işləyib. O, bir müddət əvvəl Yasamal RİH-nin Ərazi idarəetmə və yerli özünüidaretmə orqanları ilə iş şöbəsinin müdiri vəzifəsinə təyinat almışdı.

Digər sərəncamla İcra Hakimiyyətinin adı çəkilən şöbəsinə də yeni müdir təyin edilib. Mərədov Rüfət Saday oğlu Yasamal RİH-nin Ərazi idarəetmə və yerli özünüidaretmə orqanları ilə iş şöbəsinin müdiri təyin olunub.

Xatırladaq ki, Prezident İlham Əliyevin 2017-ci ilin iyulun 1-də Yasamal RİH-in başçısı İbrahim Mehdiyevin işdən çıxarılması haqqında sərəncam imzalayıb.

Dövlət başçısının bu ilin fevralın 2-də imzaladığı sərəncamla Əziz Əzizov Yasamal (RİH) başçısı vəzifəsinə təyin edilib. O, həmin təyinata qədər Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində çalışıb.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Qarabağın yeni görüntüləri  - VİDEO
Siyasət 11:13
Qarabağın yeni görüntüləri - VİDEO
Natəvan Qədimova nazir təyin edildi
Siyasət 10:50
Natəvan Qədimova nazir təyin edildi
Azərbaycanlı əsirin məktubu: minlərlə girov… – Rəsmi
Siyasət 09:15
Azərbaycanlı əsirin məktubu: minlərlə girov… Rəsmi
Azərbaycanda yeni nazir müavini təyin edildi
Siyasət 09:05
Azərbaycanda yeni nazir müavini təyin edildi
Şəhidimiz izdihamla dəfn edildi – Foto
Siyasət 08:44
Şəhidimiz izdihamla dəfn edildi Foto
İlham Əliyev güc nazirlərini topladı - TƏCİLİ
Siyasət 06:39
İlham Əliyev güc nazirlərini topladı - TƏCİLİ
Usubov yeni rəis təyin etdi
Siyasət 06:10
Usubov yeni rəis təyin etdi
İlham Əliyev Balababa Rzayevə vəzifə verdi
Siyasət 05:26
İlham Əliyev Balababa Rzayevə vəzifə verdi
Şəhid olan polislərimizin dəfndən FOTOSU
Siyasət 03:57
Şəhid olan polislərimizin dəfndən FOTOSU
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol