• $ 1.7
  • € 1.9877
  • ₽ 0.021931
  • ₺ 0.0381
  • £ 2.2818

“Neftçi”də biabırçılıq - Futbolçular məşqə buraxılmadı

“Neftçi”də biabırçılıq - Futbolçular məşqə buraxılmadı
21.06.2018 16:24
"Neftçi”nin futbolçuları Mayk Kampaz və Lukas Qomez problemlə üzləşiblər. "Qafqazinfo” xəbər verir ki, futbolçular klubun bazasına buraxılmayıblar.

Bu barədə Kampaz şəxsi "İnstagram” hesabında paylaşım edib. O bildirib ki, bu gün məşq üçün klubun bazasına yollansalar da, mühafizəçilər onları içəri buraxmayıb: "Komanda yoldaşım Lukas Qomezlə birlikdə klubun bazasına getdik. Mühafizəçilər bizi içəri buraxmadı. Səbəb kimi isə klub rəhbərliyinin tapşırığını göstərdilər. Məşqlərə qatıla bilməməyimizlə bağlı bizə öncədən xəbərdarlıq edilməyib. Peşəkar oyunçu olaraq haqqımızı tələb edirik. Klubdan tələb edirik ki, dekabrın 21-dək olan müqavilə şərtlərinə əməl etsinlər”.

Qeyd edək ki, yeni baş məşqçi Roberto Bordinin gəlişindən öncə klub rəhbərliyi bu futbolçuları heyətdən göndərməyə çalışıb. Hələ ki, klubla cari ilin sonuna qədər müqaviləsi olan oyunçular paytaxt təmsilçisini tərk etmək fikrində deyillər. "Neftçi” rəhbərliyi futbolçulara təzminat verərək onları yola salmaq istəsə də, oyunçular bununla razılaşmayıblar.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Futbol üzrə dünya çempionatına təyinat alan hakimlər açıqlanıb
İdman 21:05
Futbol üzrə dünya çempionatına təyinat alan hakimlər açıqlanıb
Əliyar Ağayev cəzalandırılıb
İdman 22:17
Əliyar Ağayev cəzalandırılıb
"Qarabağ" "Karvan-Yevlax"ı böyük hesabla məğlub edib
İdman 20:51
"Qarabağ" "Karvan-Yevlax"ı böyük hesabla məğlub edib
İtaliya Futbol Federasiyasının prezidenti istefa verib
İdman 18:29
İtaliya Futbol Federasiyasının prezidenti istefa verib
Azərbaycanın U-21 millisi Bolqarıstanla səfər matçında xal qazanıb
İdman 22:06
Azərbaycanın U-21 millisi Bolqarıstanla səfər matçında xal qazanıb
Azərbaycan millisi "FIFA Series - 2026" turnirinin qalibi olub - Yenilənib
İdman 21:27
Azərbaycan millisi "FIFA Series - 2026" turnirinin qalibi olub - Yenilənib
Azərbaycanlı FIFA referisi ilk dəfə baş hakim kimi beynəlxalq təyinat alıb
İdman 15:29
Azərbaycanlı FIFA referisi ilk dəfə baş hakim kimi beynəlxalq təyinat alıb
“Qarabağ”ın xanım azarkeşləri üçün giriş pulsuz olacaq
İdman 21:50
“Qarabağ”ın xanım azarkeşləri üçün giriş pulsuz olacaq
Tofiq Musayev UFC-də ilk qələbəsini qazanıb
İdman 10:01
Tofiq Musayev UFC-də ilk qələbəsini qazanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol