• $ 1.7
  • € 2.0017
  • ₽ 0.020433
  • ₺ 0.0411
  • £ 2.3026

Bankların hazırkı durumu: nə qədər artım var?

Bankların hazırkı durumu: nə qədər artım var?
02.07.2018 17:30
31 may 2018-ci il tarixinə Azərbaycanda fəaliyyət göstərən bankların cəmi aktivləri 27 559 mln, kredit potfeli 11 552 mln. manat, cəmi öhdəlikləri isə 23 630 mln. manat təşkil edib.

Maliyyə Bazarlarına Nəzarət Palatasından (MBNP) Axar.az-a verilən məlumata görə, sektorun balans kapitalı 3 929 mln. manat, əhalinin əmanətləri isə 7 868 mln. manat olub.

2018-ci ilin may ayı ərzində bank sektorunun aktivləri 0.3% (92 mln. manat), öhdəlikləri 0.6% (149 mln. manat) azalıb, kapitalı isə 1.5% (57 mln. manat) artıb. Bank sektorunda kredit aktivliyinin artması müşahidə olunur. Belə ki, kredit portfeli may ayı ərzində 1.1% (130 mln. manat) artıb.

2018-ci ilin may ayında daha sabit maliyyələşmə mənbəyi hesab olunan əhalinin müddətli əmanətləri 2.5% (137 mln. manat) artıb.

Bank sektoru cari ilin may ayında 52 mln. manat mənfəət generasiya edib. Əldə olunan mənfəət sektorun sağlamlaşdırılması tədbiri olaraq ötən dövrlərdə formalaşmış kredit itkilərinin qarşılanmasına yönəldilib.

Fəaliyyət göstərən 30 bankın filiallarının sayı 511, şöbələrinin sayı 143, ATM-lərin sayı 2471 olub. Bütövlükdə, bank sektorunun işçi heyəti may ayı ərzində 1% (159 nəfər) artaraq, 16 min 662 nəfər təşkil edib. İlin əvvəlindən isə bank sektorunun işçi sayı 3% (491 nəfər) artıb.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Beynəlxalq İnvestisiya Forumunda bir sıra sənədlər imzalanıb
İqtisadiyyat 12:14
Beynəlxalq İnvestisiya Forumunda bir sıra sənədlər imzalanıb
Azərbaycana kərə yağı idxalı azalıb
İqtisadiyyat 11:23
Azərbaycana kərə yağı idxalı azalıb
Qızılın qiyməti bahalaşıb
İqtisadiyyat 11:07
Qızılın qiyməti bahalaşıb
Bu günə olan məzənnə açıqlanıb
İqtisadiyyat 09:39
Bu günə olan məzənnə açıqlanıb
Özəl sektorun iqtisadiyyatda payı 81,4%-ə çatıb - Prezident
İqtisadiyyat 09:35
Özəl sektorun iqtisadiyyatda payı 81,4%-ə çatıb - Prezident
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 11:15
Azərbaycan nefti ucuzlaşıb
SOCAR is interested in developing Turkmenistan's oil fields
İqtisadiyyat 15:00
SOCAR is interested in developing Turkmenistan's oil fields
Avqustda pensiya, aylıq müavinət, Prezident təqaüdü alanların sayı açıqlanıb
İqtisadiyyat 14:43
Avqustda pensiya, aylıq müavinət, Prezident təqaüdü alanların sayı açıqlanıb
Azərbaycana buğda idxalı artıb
İqtisadiyyat 13:40
Azərbaycana buğda idxalı artıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol