• $ 1.7
  • € 1.8412
  • ₽ 1.8889
  • ₺ 0.0466
  • £ 2.1943

Nazirlik: Helikopterlər atəş endirmək tapşırığını icra edib - FOTO

Nazirlik: Helikopterlər atəş endirmək tapşırığını icra edib - FOTO
18.11.2014 17:09
Noyabrın 12-də Ermənistan Silahlı Qüvvələrinin bölmələrinə atəş dəstəyi verən Mi-24 döyüş helikopteri cütlüyü heyətlərinin uçuşları və yerinə yetirdiyi tapşırıqların təhlili ilkin nəticəni bir daha təsdiq edir.

ANN.Az Trend-ə istinadən xəbər verir ki, ərazidə aparılan son müşahidələrə əsasən əməliyyat-kəşfiyyat məlumatları və hərbi aviasiya mütəxəssislərinin rəylərinə istinadən hadisələrin hazırlanmış animasiya modelindən aydın görünür ki, uçuş heyəti helikopterin döyüş təyinatına uyğun olaraq cəbhənin ön xəttində yerləşən mövqelərimizə atəş zərbələri endirmək tapşırığını icra edib. Bu haqda məlumat Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilib.

Qarşıya qoyulan döyüş tapşırığını yerinə yetirdikdən, yəni mövqelərimizə atəş açdıqdan sonra düşmən helikopterləri döyüş təlimatlarının tələblərinə tam əməl etməklə bir-birini manevrlərlə qoruyaraq atəş zonasını tərk edirdilər.Azərbaycan Müdafiə Nazirliyi erməni tərəfinin hadisə ilə bağlı məlumatları manipulyasiya etməsini, işğal olunmuş ərazilər üzərində bütün aviauçuşlara qadağa qoyulmasını, bu ərazilərdə həyata keçirilən razılaşdırılmamış uçuşların ölkəmizin hava sərhədlərinin pozulması kimi qiymətləndirilməsini nəzərə alaraq bildirir ki, movqelərimizə atəş açan düşmən hərbi helikopteri cavab atəşi ilə məhv edilib.ANN.Az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Sahibə Qafarova Gürcüstan prezidenti ilə görüşüb
Siyasət 18:10
Sahibə Qafarova Gürcüstan prezidenti ilə görüşüb
Təhlükə potensiallı obyektlərin vahid dövlət reyestri aparılacaq
Siyasət 17:20
Təhlükə potensiallı obyektlərin vahid dövlət reyestri aparılacaq
İlham Əliyevin Şimali Makedoniya Prezidenti ilə təkbətək görüşü başlayıb
Siyasət 11:25
İlham Əliyevin Şimali Makedoniya Prezidenti ilə təkbətək görüşü başlayıb
Bakı Buenos-Ayresə başsağlığı verib
Siyasət 23:05
Bakı Buenos-Ayresə başsağlığı verib
Sahibə Qafarova Rusiyanın “Dostluq” ordeni ilə təltif edilib
Siyasət 22:07
Sahibə Qafarova Rusiyanın “Dostluq” ordeni ilə təltif edilib
Hikmət Hacıyev Britaniyanın rəsmi şəxsləri ilə görüşüb
Siyasət 21:52
Hikmət Hacıyev Britaniyanın rəsmi şəxsləri ilə görüşüb
Şimali Makedoniya Prezidenti Azərbaycana gəlib
Siyasət 21:24
Şimali Makedoniya Prezidenti Azərbaycana gəlib
Sahibə Qafarova gürcü həmkarı ilə görüşüb
Siyasət 19:19
Sahibə Qafarova gürcü həmkarı ilə görüşüb
Rəsmi Bakıdan fransalı nazirə cavab
Siyasət 18:29
Rəsmi Bakıdan fransalı nazirə cavab
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol