Ruspərəstliyinə görə prezident yumurta atəşinə tutuldu - FOTO
Dövlət başçısı Miloş Zeman 1989-cu il qansız "Məxmər İnqilabı"nın 25-çi ildönümü münasibətilə təşkil olunan mərasimə qatılıb və bu zaman etiraz aksiyası təşkil edən tələbələrin yumurtalı və pomidorlu hücumuna məruz qalıb. ANN.Az xəbər verir ki, tələbələr prezidentə yumurta, buterbrod və pomidorlar ataraq onu istefaya çağırıb.Atılan yumurtalardan biri mərasimdə iştirak edən Almaniya prezidenti Yoahim Qaukun başına isabət edib.Tələbələrin etiraz etməsinə səbəb son vaxtlar hkumətin ruspərəst siyasətidir. Paytaxt Praqada toplanan etirazçılar əllərindəki "qırmızı kartları" göstərərək rusyönümlü siyasət aparan Zemanı istefaya səsləyiblər və "Rusiyanın müstəmləkəsi olmaq istəmirik" şüarları ilə çıxış ediblər.Ölkə müxalifəti hazırkı prezidentin ölkədə kommunizmin çökməsindən sonra ilk dövlət başçısı olan Vaslav Havelin böyük əhəmiyyət göstərdiyi insan haqqlarının ölkənin iqtisadi mənfəətləri uğruna bir kənara itələməsini və ölkənin rusyönümlü siyasətinə qarşıdırlar.1998-2002-ci illərdə baş nazir olan, keçən il isə dövlət başçı seçilən 70 yaşlı Zeman bir qədər əvvəl Avropa Birliyinin Ukrayna Rusiyaya istiqamətlənmiş sanksiyalarına qarşı olduğunu bəyan etmişdi.ANN.Az