• $ 1.7
  • € 1.9945
  • ₽ 0.021189
  • ₺ 0.0398
  • £ 2.2762

Bakıya iritutumlu avtobuslar gətirildi

Bakıya iritutumlu avtobuslar gətirildi
18.11.2014 12:26
“Yaxın günlərdə 300 avtobusun gətirilməsi nəzərdə tutulub”Bakıda 2015-ci ildə keçiriləcək I  Avropa Oyunları ilə əlaqədar paytaxta Türkiyə istehsalı olan 50 ədəd yeni iritutumlu avtobus gətirilib. ANN.Az “APA-Economics”ə istinadən xəbər verir ki, bu haqda məlumatı Nəqliyyat Nazirliyinin Dövlət Avtomobil Nəqliyyat İdarəsinin Bakı Regional Şöbəsinin rəis müavini Əmrah Cəfərov deyib.Ə. Cəfərov bildirib ki, “İsuzu” markalı avtobuslar Avropa standartlarına uyğun hazırlanıb və 60 nəfərlik tutuma malikdirlər. “Bu nəqliyyat vasitələri hələlik şəhərin mərkəzində hərəkət edəcəklər. Onlara texniki baxış keçirildikdən sonra ictimaiyyətə təqdim olunacaq”, - deyə Ə. Cəfərov qeyd edib.Yaxın günlərdə ölkəyə əlavə avtobusların gətiriləcəyindən söz açan Ə. Cəfərov qeyd edib ki, bu mərhələdə 300 nəqliyyat vasitəsinin gətirilməsi gözlənilir.Nazirlik rəsmisi yeni avtobusların gətirilməsindən sonra paytaxtın mərkəzi hissəsində fəaliyyət göstərən istismar müddəti başa çatan nəqliyyat vasitələrinin xətdən kənarlaşdırılacağını deyib: “Digər istismara yararlı avtobuslar isə ətraf qəsəbələrdə istismar olunacaq. Belə ki, Bakı ətrafı qəsəbələrin əksəriyyətində yollar dar və təmirsiz olduğundan orada iritutumlu avtobuslarının hərəkəti mümkünsüzdür. Bu səbəbdən də həmin ərazilər yalnız ortatutumlu avtobuslarla təmin ediləcək”.“Bakı ətrafı qəsəbələrdən Sevil qəsəbəsi, Biləcəri qəsəbəsinin daxilində olan yollar və bir sıra digər qəsəbələrdə yollar həddindən artıq darısqal və yararsızdır. Bir sıra hallarda buna əhalinin ərazidə nizamsız olaraq ev tikməsi səbəb olub. Eyni zamanda yolların darısqallığı orada təmir bərpa işlərinin aparılmasına da maneələr yaradır. Bu da birmənalı olaraq marşrut avtobuslarının rahat hərəkət etməsində problemləri ortaya çıxarır. Bu problemlərin müsbət həlli istiqamətində Nəqliyyat Nazirliyində artıq müzakirələr aparılır”, - deyə Ə. Cəfərov izah edib.ANN.Az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycanın İKT sektorunda məhsul istehsalı 8 % artıb
İqtisadiyyat 16:30
Azərbaycanın İKT sektorunda məhsul istehsalı 8 % artıb
Azərbaycanın cari əməliyyatlar hesabında profisit azalıb
İqtisadiyyat 14:21
Azərbaycanın cari əməliyyatlar hesabında profisit azalıb
18 KOB subyekti "Startap" şəhadətnaməsi alıb
İqtisadiyyat 13:20
18 KOB subyekti "Startap" şəhadətnaməsi alıb
“ABB-Qarabağ” kobrend kartı buraxılır!
İqtisadiyyat 12:17
“ABB-Qarabağ” kobrend kartı buraxılır!
TAP-la Avropaya qaz tədarükünə sifarişlər azalıb
İqtisadiyyat 10:10
TAP-la Avropaya qaz tədarükünə sifarişlər azalıb
Qızıl bahalaşıb
İqtisadiyyat 10:03
Qızıl bahalaşıb
Avro dəyişməz qalıb, rubl bahalaşıb - Məzənnə
İqtisadiyyat 09:11
Avro dəyişməz qalıb, rubl bahalaşıb - Məzənnə
Azərbaycan nefti cüzi bahalaşıb
İqtisadiyyat 10:40
Azərbaycan nefti cüzi bahalaşıb
Gümüşün qiyməti tarixi maksimumu yeniləyib
İqtisadiyyat 22:58
Gümüşün qiyməti tarixi maksimumu yeniləyib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol