• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanın cari əməliyyatlar hesabında profisit azalıb

Azərbaycanın cari əməliyyatlar hesabında profisit azalıb
15.12.2025 14:21

Azərbaycanın cari əməliyyatlar hesabının (CƏH) profisiti 2025-ci ilin yanvar–sentyabr aylarında 3.0 milyard dollar və ya ÜDM-in 5.4%-i təşkil edib. Bu, 2024-cü ilin eyni dövründə qeydə alınan 4.0 milyard dollarlıq profisitlə müqayisədə azalma deməkdir.

Neft-qaz sektoru üzrə cari əməliyyatlar balansının profisiti illik müqayisədə 3.7% azalaraq 10.7 milyard dollara enib. Qeyri-neft-qaz sektoru üzrə kəsir isə 7.5% artaraq 7.7 milyard dollar olub.

Xarici ticarət balansında isə 2025-ci ilin 9 ayında 5.6 milyard dollar həcmində profisit formalaşıb. Hesabat dövründə xarici ticarət dövriyyəsi 30.8 milyard dollar təşkil edib. Neft-qaz sektoru üzrə 14.0 milyard dollarlıq profisit qeyri-neft-qaz sektoru üzrə 8.4 milyard dollarlıq kəsiri kompensasiya edib.

Məlumata görə, cari ilin 9 ayında Azərbaycanın 179 ölkə ilə ticarət əlaqələri olub. Xarici ticarət dövriyyəsinin 12.1%-i MDB ölkələrinin, 87.9%-i isə digər ölkələrin payına düşüb.

2025-ci ilin 9 ayında ixracın ümumi həcmi 18.2 milyard dollar olub ki, bu da illik müqayisədə 20.1% azdır. İdxal isə 12.6 milyard dollar təşkil edərək 5.6% artıb. Bu barədə Mərkəzi Bank məlumat verib.

Neft-qaz sektoru üzrə ixrac 7.5% azalaraq 15.7 milyard dollar, idxal isə 7.2% azalaraq 1.7 milyard dollar olub. Qeyri-neft-qaz sektorunda ixrac 3.3% artaraq 2.5 milyard dollara yüksəlib, idxal isə 6.1% artaraq 10.9 milyard dollar təşkil edib.

Xidmətlər balansının kəsiri 20.1% azalaraq 1.36 milyard dollar, ilkin gəlirlər balansının kəsiri isə 12.8% azalaraq 1.7 milyard dollar olub. Təkrar gəlirlər balansında isə 468 milyon dollar həcmində profisit qeydə alınıb.

Azərbaycanın tədiyə balansının cari əməliyyatlar hesabı üzrə profisitinin 2026-cı ildə 1,9 milyard ABŞ dolları səviyyəsində olacağı proqnozlaşdırılır ki, bu da Mərkəzi Bankın 2025-ci ilin yekunları üzrə gözlədiyi göstəricidən təxminən iki dəfə azdır.

Hökumətin orta müddətli sosial-iqtisadi proqnozlarına əsasən, orta neft qiymətinin 65 dollar/barel səviyyəsində götürüldüyü ssenari üzrə cari əməliyyatlar hesabının profisiti 2027-ci ildə 1,56 milyard dollara, 2028-ci ildə isə 1,23 milyard dollara qədər azalacaq.

Sənəddə qeyd olunur ki, 2029-cu ildə Shah Deniz Compression layihəsinin işə düşməsindən sonra qaz hasilatının sabitləşməsi hesabına profisit 1,84 milyard dollara qədər qalxa bilər. 

Sözügedən layihə Şahdəniz yatağının işlənməsinin faktiki olaraq üçüncü mərhələsi hesab olunur.

N.Təbrizli

Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
İqtisadiyyat 17:14
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
İqtisadiyyat 15:31
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
İqtisadiyyat 15:17
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
İqtisadiyyat 14:32
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
İqtisadiyyat 11:59
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
İqtisadiyyat 11:30
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 11:12
Azərbaycan nefti ucuzlaşıb
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
İqtisadiyyat 11:10
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
Pensiya alanların sayı açıqlanıb
İqtisadiyyat 10:46
Pensiya alanların sayı açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol