• $
  • £

Azərbaycanda nüfuzlu şəxs dünyasını dəyişdi

Azərbaycanda nüfuzlu şəxs dünyasını dəyişdi
20.07.2018 13:28
Azərbaycan Dövlət Pedaqoji Universitetinin Azərbaycan dili və onun tədrisi metodikası kafedrasının müdiri, filologiya elmləri doktoru, professor Əzizxan Tanrıverdi vəfat edib.

"Report” xəbər verir ki, professor Ə.Tanrıverdi bu gün uzun sürən xəstəlikdən dünyasını dəyişib.

Qeyd edək ki, Əzizxan Vəli oğlu Tanriverdi 1959-cu il yanvarın 1-də Gürcüstan Respublikasının Aşağı Qarabulaq kəndində anadan olub. 1973-cü ildə Aşağı Qarabulaq natamam orta məktəbi, 1975-ci ildə isə Kirovisi kənd orta məktəbini fərqlənmə ilə bitirib. 1981-ci ildə ADPU-nun filologiya fakültəsini fərqlənmə diplomu ilə bitirib. Türk mənşəli Azərbaycan şəxs adlarını ilk dəfə olaraq tarixi-linqvistik müstəvidə tədqiq edib. "Kitabi-Dədə Qorqud” daşəxs adları, dağ kultu, at kultu, obrazlar sistemi, assonans və alliterosiya kimi məsələləri ilk dəfə olaraq kompleks və sistemli şəkildə araşdırıb. "Dəli Kür” romanının poetik dilini tarixiliklə müasirliyin sintezində təhlil süzgəcindən keçirib.

23 kitabın, 180 elmi məqalənin müəllifidir. Dil tarixi, onomastika, ədəbi tənqid sahəsində elmi-tədqiqat işi aparıb. Ailəli idi, 3 oğlu var.

Allah rəhmət eləsin!

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bakıda yolun ortasında süpürgəçi qadın keçinib - FOTO
Cəmiyyət 12:32
Bakıda yolun ortasında süpürgəçi qadın keçinib - FOTO
Azərbaycanlı tanınmış dünyasını dəyişdi
Cəmiyyət 11:40
Azərbaycanlı tanınmış dünyasını dəyişdi
Azərbaycanda yüksək vəzifəli məmur rüşvət alarkən tutuldu
Cəmiyyət 10:31
Azərbaycanda yüksək vəzifəli məmur rüşvət alarkən tutuldu
Sevil Əliyeva üçün özəl gün - FOTOLAR
Cəmiyyət 10:07
Sevil Əliyeva üçün özəl gün - FOTOLAR
Nazir direktoru işdən azad etdi
Cəmiyyət 09:57
Nazir direktoru işdən azad etdi
Mətbuatdan vəzifəyə gedən məmurlar - SİYAHI
Cəmiyyət 09:51
Mətbuatdan vəzifəyə gedən məmurlar - SİYAHI
Xaricə getmək istəyənlər üçün ŞAD XƏBƏR
Cəmiyyət 09:42
Xaricə getmək istəyənlər üçün ŞAD XƏBƏR
Həsən Şirinova ağır itki
Cəmiyyət 09:25
Həsən Şirinova ağır itki
“Onunla bağlı heç nə bilmək istəmirəm” - Hacı İbrahim
Cəmiyyət 09:15
“Onunla bağlı heç nə bilmək istəmirəm” - Hacı İbrahim
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol