• $ 1.7
  • € 2.0032
  • ₽ 0.021937
  • ₺ 0.0397
  • £ 2.295

“Bakı-2015” Avropa Oyunları Parisdə

“Bakı-2015” Avropa Oyunları Parisdə
26.11.2014 10:14

Noyabrın 26-da Heydər Əliyev Fondunun təşkilatçılığı və Azərbaycanın Fransadakı səfirliyinin dəstəyi ilə Parisdə “Bakı 2015” Birinci Avropa Oyunlarının təqdimat mərasimi keçiriləcək.

ANN.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə məlumat Heydər Əliyev Fondundan verilib.

Tədbir çərçivəsində qonaqlar “Baku 2015”ə həsr olunmuş bürünc heykəllərdən ibarət sərgi ilə tanış olacaqlar. “Biz birlikdə” adlanan bu sərgidə Azərbaycan heykəltəraşlarının 20-dən çox əsəri nümayiş etdiriləcək. Daha sonra tədbir iştirakçılarına ilk Avropa Oyunlarına həsr edilən film təqdim olunacaq. Filmdə bu mötəbər idman yarışına Bakıda aparılan hazırlıq işləri, yaradılan idman infrastrukturu və həyata keçirilən digər tədbirlər əksini tapıb. Qara Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestrinin skripkaçı xanımları ifaları ilə tədbirə özünəməxsus rəng qatacaq. Mərasimin sonunda qonaqlara Heydər Əliyev Fondunun Azərbaycan haqqında müxtəlif nəşrləri təqdim ediləcək.Qeyd edək ki, Heydər Əliyev Fondunun təşkilatçılığı ilə bu vaxtadək Kann, Afina, Berlin və İstanbul şəhərlərində “Bakı 2015” Birinci Avropa Oyunlarının təqdimatı keçirilib. Bu tədbirlərin hər biri Azərbaycanın tarixi və mədəniyyətinə dair müxtəlif təqdimatlarla yadda qalıb. Qeyd olunan tədbirlərin məqsədi ilk dəfə olaraq keçiriləcək Avropa Oyunları, eləcə də ölkəmizin bu yarışlara hazırlığı barədə digər ölkələrin izləyicilərinə məlumat vermək, Azərbaycanın mədəniyyət və incəsənətinin, adət-ənənəsinin təbliğidir.ANN.Az

Oxşar xəbərlər
Oxşar xəbərlər
Ürəyi dayanan pasiyent 45 dəqiqə sonra həyata qaytarılıb
Baku 2015 12:46
Ürəyi dayanan pasiyent 45 dəqiqə sonra həyata qaytarılıb
Bu ərazilərdə qaz olmayacaq
Baku 2015 20:03
Bu ərazilərdə qaz olmayacaq
Cəlilabad rayon sakini atdan yıxılaraq ölüb
Baku 2015 23:03
Cəlilabad rayon sakini atdan yıxılaraq ölüb
HƏMAS nümayəndələri danışıqlar üçün Qahirəyə gedib
Baku 2015 18:09
HƏMAS nümayəndələri danışıqlar üçün Qahirəyə gedib
Bakıda əl qumbarası tapılıb
Baku 2015 11:01
Bakıda əl qumbarası tapılıb
Yunan-Roma güləşçilərinin son yarış gününə Azərbaycan yığması qələbə ilə başlayıb
12:18
Yunan-Roma güləşçilərinin son yarış gününə Azərbaycan yığması qələbə ilə başlayıb
Bədii gimnastımız  Azərbaycan millisinə 35-ci medalı qazandırıb
Baku 2015 12:06
Bədii gimnastımız Azərbaycan millisinə 35-ci medalı qazandırıb
I Avropa Oyunları üzrə Təşkilat Komitəsi yaradıldı
Baku 2015 11:29
I Avropa Oyunları üzrə Təşkilat Komitəsi yaradıldı
Bakıda olimpiada həyəcanı
Baku 2015 11:28
Bakıda olimpiada həyəcanı
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol