• $
  • £

Azərbaycanlı hakim-inspektor Ermənistan komandasının oyununa təyinat alıb

Azərbaycanlı hakim-inspektor Ermənistan komandasının oyununa təyinat alıb
22.07.2018 12:17
Azərbaycanlı FİFA hakim-inspektoru Asim Xudiyev UEFA-dan növbəti təyinat alıb.
Anews.az-ın Report-a istinadən məlumatına görə, Xudiyev Monteneqronun "Sutyeska” və Ermənistanın "Alaşkert” komandaları arasında keçiriləcək Avropa Liqasının II təsnifat mərhələsinin ilk görüşündə iş başında olacaq. O, Alen Byeri, Yan Kobeli, Sertac Kurnazka və Urs Şnayderdən ibarət isveçrəli hakimlər briqadasının işinə qiymət verəcək. UEFA nümayəndəsi isə bolqarıstanlı İvan Lekov təyin edilib.
İyulun 26-da Monteneqronun Nikşiç şəhərindəki "Qradski” stadionunda keçiriləcək "Sutyeska” – "Alaşkert” görüşü Bakı vaxtı ilə saat 22:00-da başlanacaq.
Daha bir təyinat isə AFFA baş katibinin müavini Sərxan Hacıyevə gəlib. Hacıyev Belarusun "Şaxtyor” (Soliqorsk) və Polşanın "Lex” komandaları arasında keçiriləcək Avropa Liqasının I təsnifat mərhələsinin ilk oyununa təyinat alıb. O, UEFA nümayəndəsi təyin edilib. Sven Oddvar Moen, Kim Tomas Hoqlund, Maqnus Lundberq və Espen Andreas Eskasdan ibarət norveçli hakimlər briqadasının işinə xorvatiyalı İqor Pristovnik qiymət verəcək.
Bu görüş iyulun 26-da Soliqorsk şəhərindəki "Budivelnik” stadionunda təşkil olunacaq və saat 21:30-da start götürəcək.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Futbol üzrə dünya çempionatına təyinat alan hakimlər açıqlanıb
İdman 21:05
Futbol üzrə dünya çempionatına təyinat alan hakimlər açıqlanıb
Əliyar Ağayev cəzalandırılıb
İdman 22:17
Əliyar Ağayev cəzalandırılıb
"Qarabağ" "Karvan-Yevlax"ı böyük hesabla məğlub edib
İdman 20:51
"Qarabağ" "Karvan-Yevlax"ı böyük hesabla məğlub edib
İtaliya Futbol Federasiyasının prezidenti istefa verib
İdman 18:29
İtaliya Futbol Federasiyasının prezidenti istefa verib
Azərbaycanın U-21 millisi Bolqarıstanla səfər matçında xal qazanıb
İdman 22:06
Azərbaycanın U-21 millisi Bolqarıstanla səfər matçında xal qazanıb
Azərbaycan millisi "FIFA Series - 2026" turnirinin qalibi olub - Yenilənib
İdman 21:27
Azərbaycan millisi "FIFA Series - 2026" turnirinin qalibi olub - Yenilənib
Azərbaycanlı FIFA referisi ilk dəfə baş hakim kimi beynəlxalq təyinat alıb
İdman 15:29
Azərbaycanlı FIFA referisi ilk dəfə baş hakim kimi beynəlxalq təyinat alıb
“Qarabağ”ın xanım azarkeşləri üçün giriş pulsuz olacaq
İdman 21:50
“Qarabağ”ın xanım azarkeşləri üçün giriş pulsuz olacaq
Tofiq Musayev UFC-də ilk qələbəsini qazanıb
İdman 10:01
Tofiq Musayev UFC-də ilk qələbəsini qazanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol