• $ 1.7
  • € 1.785
  • ₽ 1.9142
  • ₺ 0.0467
  • £ 2.1531

Emin Zaranın Bakıya gəlişi ilə bağlı məsələyə münasibət bildirdi (FOTOLAR)

Emin Zaranın Bakıya gəlişi ilə bağlı məsələyə münasibət bildirdi (FOTOLAR)
28.05.2020 23:08
Bakıda "Jara” Beynəlxalq Musiqi Festivalının başlaması ilə əlaqədar mətbuat konfransı keçirilib.


Anews.az APA-ya istinadən xəbər verir ki, mətbuat konfransında təşkilatçılar - Azərbaycanın xalq artisti Emin Ağalarov, Qriqori Leps, Sergey Kojevnikov və başqaları iştirak edib.


Rusiyanın məşhur sənətçisi Filipp Kirkorov bildirib ki, "Jara” Beynəlxalq Musiqi Festivalında artıq üçüncü ildir iştirak edir.


E. Ağalarov isə 2018-ci ildə ilk dəfə "Jara Baku” filminin çəkiləcəyini deyib. Filmdə Rusiyanın tanınmış sənətçiləri çəkiləcəklər.


E. Ağalarov rusiyalı müğənni Zaranın Bakıya gəlməsinə də münasibət bildirib. O qeyd edib ki, bu məsələyə münasibəti sadədir: "Məlumat üçün demək istəyirəm ki, Zara kürddür. Onun Bakıya gəlməsinə neqativ münasibət bəsləyirlərsə, yəqin ki, həmin insanların öz fikri var. Bu, hər kəsin şəxsi dünyagörüşüdür. Musiqi festivalı bayramdır. Bu, müsbət emosiyalar deməkdir. Mən bu müsbət emosiyanı qoruyub saxlamağın tərəfdarıyam”.


F. Kirkorov isə əlavə edib ki, onu da uzun illər Azərbaycana buraxmayıblar: "Sözsüz ki, söhbət dövlət rəhbərliyindən getmir. Polad Bülbüloğlu həmişə mənə mane olub. Eminə "sağ ol” deyirəm ki, məni sevdiyim Bakıya qovuşdurdu”.


Mətbuat konfransında qeyd edilib ki, Zara Bakıya iyulun 29-da – festivalın bağlanış günü gələcək və öz ifasını təqdim edəcək. 


Qeyd edək ki, festivalın açılış mərasimində Monatik, Qriqori Leps, Ani Lorak, Loboda, Emin, A`Studio, Dima Bilan, Sergey Lazarev, Qlyuk’oza, Qradusı, NYUSHA, Nastya Kamenskix, Slava, Aleksey Çumakov, Artik Asti, Black Star, Timati, Yeqor Krid, Mot, Xanna, Mişa Marvin və digər məşhur musiqiçilərin iştirakı ilə qala-konsert olacaq.


"Jara-2018”in biletləri 2017-ci il dekabrın 1-dən satışa çıxarılıb.








www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
TƏBİB müşavirə keçirib
Cəmiyyət 21:00
TƏBİB müşavirə keçirib
Quru sərhədlərin bağlı qalması turizmə ciddi təsir edir - Kənan Qasımov
Cəmiyyət 11:22
Quru sərhədlərin bağlı qalması turizmə ciddi təsir edir - Kənan Qasımov
Nazirlik müraciətimə nə vaxt baxacaq? Mən öləndən sonra?! - Xalq artisti
Cəmiyyət 17:20
Nazirlik müraciətimə nə vaxt baxacaq? Mən öləndən sonra?! - Xalq artisti
Vaqif Mustafayev Prezident tərəfindən təltif olunub
Cəmiyyət 15:59
Vaqif Mustafayev Prezident tərəfindən təltif olunub
Prezident Rasim Balayevlə bağlı sərəncam imzaladı
Cəmiyyət 14:10
Prezident Rasim Balayevlə bağlı sərəncam imzaladı
Xalq rəssamı Fazil Nəcəfov vəfat edib
Cəmiyyət 12:34
Xalq rəssamı Fazil Nəcəfov vəfat edib
Türkiyədə 870 illik məscid üç böyük zəlzələ olsa da dağılmadı - Fotolar
Cəmiyyət 20:24
Türkiyədə 870 illik məscid üç böyük zəlzələ olsa da dağılmadı - Fotolar
Xalq artisti vəfat etdi
Cəmiyyət 22:49
Xalq artisti vəfat etdi
ASAP xarici ölkələrdə Gənclər Gününə həsr olunmuş silsilə tədbirlər keçirilib
Cəmiyyət 15:32
ASAP xarici ölkələrdə Gənclər Gününə həsr olunmuş silsilə tədbirlər keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol