• $ 1.7
  • € 1.9607
  • ₽ 0.021452
  • ₺ 0.0385
  • £ 2.2718

Azərbaycanda pensiyaların məbləği artdı - VİDEO

Azərbaycanda pensiyaların məbləği artdı - VİDEO
28.05.2020 20:22
Azərbaycanda pensiyaçıların sosial müdafiəsinin gücləndirilməsinə yönələn tədbirlər, eyni zamanda, sığorta-pensiya sisteminin inkişafı sahəsində aparılan islahatlar pensiya təminatında artım tempinin davam etməsinə şərait yaradıb.


Sfera.az xəbər verir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən verilən məlumata görə, 2018-ci ilin əvvəlinə nisbətən ölkəmizdə əmək pensiyalarının orta aylıq məbləği cari ilin əvvəlinə nisbətən 5,2 faiz artaraq 2018-ci il 1 iyul tarixinə 219,15 manata, o cümlədən yaşa görə əmək pensiyalarının orta aylıq məbləği 246,36 manata çatıb.


Qeyd edək ki, Azərbaycan prezidenti İlham Əliyevin 09 fevral 2018-ci il tarixli Sərəncamına əsasən cari ilin əvvəlindən respublikamızda əmək pensiyalarının ümumi məbləği 2017-ci ildə ölkədə orta aylıq nominal əmək haqqının illik artım tempinə uyğun şəkildə indeksləşdirilərək artırılıb. Sərəncama əsasən, sığortaolunanlar üzrə ödənilən və onların fərdi uçot sistemindəki fərdi hesablarının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı məbləğlərinin də indeksləşdirilərək artırılması təmin edilib. Dövlət başçısının 2018-ci il 25 iyun tarixli Fərmanı ilə təsdiq edilmiş "2017-ci il iyulun 1-dək təyin edilmiş əmək pensiyalarına qulluq stajına görə əlavələrin yenidən hesablanması Qaydası"na uyğun olaraq, hərbi qulluqçular və xüsusi rütbəli şəxs kateqoriyasından olan pensiyaçıların əmək pensiyalarına qulluq stajına görə əlavələr yenidən hesablanmaqla, onların pensiyalarında da artımlar edilib. 2018-ci il 1 iyul tarixinə Azərbaycanda əmək pensiyası alan şəxslərin sayı 1 milyon 311 min 739 nəfər təşkil edir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna daxilolmalarda mütəmadi artım tempi cari ildə də hər bir ay üzrə pensiyaların qrafik əsasında vaxtlı-vaxtında maliyyələşdirilməsinə imkan verib.
 Mənbə: Sonxeber.az




www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Banklar kibercinayət riskləri barədə vətəndaşları əvvəlcədən məlumatlandırmır - Deputat
Cəmiyyət 15:38
Banklar kibercinayət riskləri barədə vətəndaşları əvvəlcədən məlumatlandırmır - Deputat
Azərbaycanda ünvanlı dövlət sosial yardımına ayrılan vəsait 4 dəfədən çox artırılıb
Cəmiyyət 21:53
Azərbaycanda ünvanlı dövlət sosial yardımına ayrılan vəsait 4 dəfədən çox artırılıb
“Azsığorta”nın pul vəsaitləri son bir ildə 51% azalıb
Cəmiyyət 15:31
“Azsığorta”nın pul vəsaitləri son bir ildə 51% azalıb
BMT rəsmisi: Keyfiyyətli təhsil olmadan dayanıqlı gələcək mümkün deyil
Cəmiyyət 10:14
BMT rəsmisi: Keyfiyyətli təhsil olmadan dayanıqlı gələcək mümkün deyil
Debet kartları artır, kredit kartları azalır – nağdsız dövriyyə yüksəlir
Cəmiyyət 14:00
Debet kartları artır, kredit kartları azalır – nağdsız dövriyyə yüksəlir
Azərbaycanda saatlıq əməkhaqqı sistemi tətbiq olunarsa, nə baş verəcək?- ŞƏRH
Cəmiyyət 16:45
Azərbaycanda saatlıq əməkhaqqı sistemi tətbiq olunarsa, nə baş verəcək?- ŞƏRH
Ötən il Azərbaycanda bağlanan və yeni açılan iş yerlərin sayı açıqlanıb
Cəmiyyət 13:13
Ötən il Azərbaycanda bağlanan və yeni açılan iş yerlərin sayı açıqlanıb
"Azərişıq" Qarabağı 100% işıqla təmin edib - REPORTAJ
Cəmiyyət 16:58
"Azərişıq" Qarabağı 100% işıqla təmin edib - REPORTAJ
11 ayda qeyri-neft ixracının dəyəri açıqlanıb
Cəmiyyət 15:23
11 ayda qeyri-neft ixracının dəyəri açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol