Alman fizik Rumıniya prezidenti oldu
55 yaşlı fizika müəllimi Klaus İohannis Rumıniya prezidenti seçilib. AzNews.az xəbər verir ki, dünən keçirilən ikinci turda o, 51 faiz səs toplayıb. Müxalif Milli Liberal Partiyanın təmsilçisi, milliyətcə alman olan Klaus İohannis Sibiu şəhərinin meri vəzifəsində çalışıb.Hazırkı baş nazir, hakim koalisiyaya daxil olan Sosial Demokrat Partiyasının namizədi Viktor Ponta 49 faiz səs yığıb.Klaus İohannis vəd verib ki, müstəqil ədalətli məhkəmə sistemini inkişaf etdirəcək və Rumıniyanı "normal ölkəyə çevirəcək".Hazırda ölkənin məhkəmə sistemi Avropa Birliyinin müşahidəsi altındadır.ANN.Az