• $
  • £

Dörd güləşçimiz Türkiyədə finala çıxdı

Dörd güləşçimiz Türkiyədə finala çıxdı
28.07.2018 13:55
Türkiyənin İstanbul şəhərində sərbəst və qadın güləşi üzrə Yaşar Doğunun xatirəsinə həsr olunan sayca 46-cı beynəlxalq turnir keçirilir. 

Oxu.Az xəbər verir ki, turnirin ilk günündə 57, 65, 74, 86 və 97 kq çəki dərəcələrində sərbəst, 50, 55, 59, 65 və 72 kq çəki dərəcələrində qadın güləşçilər mübarizə aparıb. 

Sərbəst güləşçilərin mübarizəsində Əli Rəhimzadə (65 kq), Murad Süleymanov (86 kq) və Aslanbəy Alborov (97 kq) bütün rəqiblərindən üstün olaraq finala yüksəlib. Finalda güləşçilərimiz müvafiq olaraq İran, ABŞ və İran idmançıları ilə qarşılaşacaq. 

Aslanbəy Alborov ilk görüşdə komanda yoldaşı Şərif Şərifovu, yarımfinalda isə ABŞ idmançısı, Olimpiya çempionu Kayl Şnayderi mübarizədən kənarlaşdırıb. 

Qadın güləşçilərin mübarizəsində isə 65 kq-da təmsilçimiz İrina Netreba bütün rəqiblərini məğlub edərək finala yüksəlib. Yarımfinalda Netreba komanda yoldaşı Elis Manolovadan üstün olub. Finalda İrina Netrebanın, eləcə də, bürünc medal görüşünə çıxacaq Elis Manolovanın rəqibi Ukrayna idmançısı olacaq.

Qeyd edək ki, final görüşləri bu gün Bakı vaxtı ilə saat 18:30-da başlayacaq. Görüşlər "TRT Spor” telekanalı vasitəsilə canlı yayımlanacaq.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Futbol üzrə dünya çempionatına təyinat alan hakimlər açıqlanıb
İdman 21:05
Futbol üzrə dünya çempionatına təyinat alan hakimlər açıqlanıb
Əliyar Ağayev cəzalandırılıb
İdman 22:17
Əliyar Ağayev cəzalandırılıb
"Qarabağ" "Karvan-Yevlax"ı böyük hesabla məğlub edib
İdman 20:51
"Qarabağ" "Karvan-Yevlax"ı böyük hesabla məğlub edib
İtaliya Futbol Federasiyasının prezidenti istefa verib
İdman 18:29
İtaliya Futbol Federasiyasının prezidenti istefa verib
Azərbaycanın U-21 millisi Bolqarıstanla səfər matçında xal qazanıb
İdman 22:06
Azərbaycanın U-21 millisi Bolqarıstanla səfər matçında xal qazanıb
Azərbaycan millisi "FIFA Series - 2026" turnirinin qalibi olub - Yenilənib
İdman 21:27
Azərbaycan millisi "FIFA Series - 2026" turnirinin qalibi olub - Yenilənib
Azərbaycanlı FIFA referisi ilk dəfə baş hakim kimi beynəlxalq təyinat alıb
İdman 15:29
Azərbaycanlı FIFA referisi ilk dəfə baş hakim kimi beynəlxalq təyinat alıb
“Qarabağ”ın xanım azarkeşləri üçün giriş pulsuz olacaq
İdman 21:50
“Qarabağ”ın xanım azarkeşləri üçün giriş pulsuz olacaq
Tofiq Musayev UFC-də ilk qələbəsini qazanıb
İdman 10:01
Tofiq Musayev UFC-də ilk qələbəsini qazanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol