• $
  • £

11 yaşlı azərbaycanlı qız Barselonada uğur qazandı - VİDEO

11 yaşlı azərbaycanlı qız Barselonada uğur qazandı - VİDEO
29.05.2020 01:24
Bakıda özəl məktəblərin birinin şagirdi Nərgiz Quliyeva İspaniyanın Barselona şəhərində keçirilmiş Dünya Alimlər Kuboku (World Scholar’s Cup) olimpiyadasında finala vəsiqə qazanıb.

Unikal.org xəbər verir ki, ingilis dilində keçirilən bu bilik yarışmasında ölkəmizi ilk dəfə olaraq 6-cı sinif şagirdi Nərgiz Quliyeva təmsil edib. Nərgiz Quliyeva dünyanın 60-dan çox ölkəsinin 2100 şagirdinin qatıldığı beynəlxalq bilik müsabiqəsinin yarımfinalında müvəffəqiyyətlə iştirak edərək final mərhələsinə vəsiqə qazanıb.

Barselonada baş tutan yarımfinal mərhələsində şagirdlər 5 gün müddətində özlərini ədəbiyyat, həyat bilgisi, incəsənət, inşa və s. sahələrdə sınayıblar. Bununla belə, qrup və individual olaraq müxtəlif mövzularda debatlar edərək, bir-birləri ilə mübarizə aparıblar.

Artıq, 4-ü qızıl, 3-ü gümüş olmaqla ümumilikdə 7 medalla vətənimizi layiqincə təmsil etməyi bacaran Nərgiz Quliyeva Amerikada dünyanın ən nüfuzlu "Yale”də universitetində keçiriləcək final mərhələsinə qatılacaq. O, burada həm yarışacaq və həm də universitetin tələbə heyyəti ilə bərabər dərslərə qatılaraq, professor heyyətindən mühazirələr dinləyəcək.

Qeyd edək ki, Nərgiz Quliyeva 25.01.2018-ci il tarixində Dünya Alimlər Kubokunun (World Scholar’s Cup) Bakı turnirində şagirdlər arasında ən yaxşı nəticə göstərərək İspaniyanin Barselona şəhərində keçirilən yarımfinal mərhələsinə vəsiqə qazanıb. Amerika, Kanada, Fransa, Türkiyə, İsrail, Almaniya və s. kimi dünyanın ən öndəgedən 60-a yaxın dövlətlərindən onminlərlə şagird müsabiqəyə qatılsalar da yalnız ən bilikliləri yarımfinalda iştirak etmə hüququ qazanır.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bakıda yolun ortasında süpürgəçi qadın keçinib - FOTO
Cəmiyyət 12:32
Bakıda yolun ortasında süpürgəçi qadın keçinib - FOTO
Azərbaycanlı tanınmış dünyasını dəyişdi
Cəmiyyət 11:40
Azərbaycanlı tanınmış dünyasını dəyişdi
Azərbaycanda yüksək vəzifəli məmur rüşvət alarkən tutuldu
Cəmiyyət 10:31
Azərbaycanda yüksək vəzifəli məmur rüşvət alarkən tutuldu
Sevil Əliyeva üçün özəl gün - FOTOLAR
Cəmiyyət 10:07
Sevil Əliyeva üçün özəl gün - FOTOLAR
Nazir direktoru işdən azad etdi
Cəmiyyət 09:57
Nazir direktoru işdən azad etdi
Mətbuatdan vəzifəyə gedən məmurlar - SİYAHI
Cəmiyyət 09:51
Mətbuatdan vəzifəyə gedən məmurlar - SİYAHI
Xaricə getmək istəyənlər üçün ŞAD XƏBƏR
Cəmiyyət 09:42
Xaricə getmək istəyənlər üçün ŞAD XƏBƏR
Həsən Şirinova ağır itki
Cəmiyyət 09:25
Həsən Şirinova ağır itki
“Onunla bağlı heç nə bilmək istəmirəm” - Hacı İbrahim
Cəmiyyət 09:15
“Onunla bağlı heç nə bilmək istəmirəm” - Hacı İbrahim
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol