• $
  • £

Məhkəmədən Fədayə Laçınla bağlı - Qərar

Məhkəmədən Fədayə Laçınla bağlı - Qərar
03.08.2018 16:18
Prosesdə təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilən zaman müğənni Fədayə Laçın çıxış edib.

Özünü təqsirli bilmədiyini deyən müğənni qeyd edib ki, 24 yaşlı oğlu var.

F.Laçın əvvəllər həbsdə olmadığını da bildirib.

Daha sonra təqsirləndirilən Aqil Nəcəfovun vəkili vəsatətlə çıxış edib. O, müvəkkilinin barəsində olan cinayət işinə xitam verilməsinin istəyib.

Digər təqsirləndirilən Anar Əsgərovun vəkili Gülşən Salmanova vəsatət verib. O, hüquqlarını müdafiə etdiyi şəxsin ev dustaqlığına buraxılmasını tələb edib.

Məhkəmə vəsatətləri təmin etməyib.

Növbəti proses avqustun 8-də davam edəcək.

Qeyd edək ki, ötən il oktyabrın 23-də Bakı-Astara-Bakı planlı dəmir yolu qarovulu ilə xüsusi təyinatlı vaqonda Bakı şəhərinə etap olunan xüsusilə ağır cinayətlərlə təqsirləndirilməklə həbs edilmiş "Qoca" ləqəbli Etibar Ələkbər oğlu Məmmədov və Əli Rasim oğlu Ağami Biləcəri qəsəbəsi ərazisində müşayiət altından qaçıblar.

Xidməti yoxlamanın ilkin nəticələrinə əsasən, vəzifə borclarını lazımınca yerinə yetirmədiklərinə görə ədliyyə nazirinin əmri ilə Penitensiar xidmətin Konvoy taborunun komandiri, ədliyyə polkovnik-leytenantı Bəhruz Abdullayev və taborun Qərargah rəisi vəzifəsini icra edən, ədliyyə mayoru Hikmət Sadıqov ədliyyə orqanlarından xaric edilib, taborun 2-ci konvoy bölüyünün komandiri, ədliyyə kapitanı Ruslan Zeynalov, 3-cü bölüyün komandiri, ədliyyə kapitanı Rza Xankişiyev və Qərargah rəisinin konvoy xidməti üzrə baş köməkçisi, ədliyyə kapitanı Rakif Məmmədov tutduqları vəzifədən azad olunublar.

Mühafizə altından qaçan Əli Ağami həbs olunub, Etibar Məmmədov isə əməliyyat zamanı zərərsizləşdirilərək öldürülüb.

Məlum olub ki, kriminal avtoritetlərin qaçmasında müğənni Fədayə Laçın, onun tanışı Günay Atakişiyeva da yaxından köməklik göstəriblər.

Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində Cinayət Məcəlləsinin 304.2.1 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən azadlıqdan məhrum etmə və ya həbs yerindən, yaxud mühafizə altından qaçma) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda) maddələri ilə cinayət işi başlanmaqla istintaq qrupu yaradılıb, dərhal təxirəsalınmaz istintaq hərəkətləri aparılıb.

Həmçinin Pentensiar xidmətin vəzifəli əməkdaşlarına qarşı Cinayət Məcəlləsinin 179.-cu (mənimsəmə və ya israf etmə) maddəsi ilə ittiham elan edilib.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bakıda yolun ortasında süpürgəçi qadın keçinib - FOTO
Cəmiyyət 12:32
Bakıda yolun ortasında süpürgəçi qadın keçinib - FOTO
Azərbaycanlı tanınmış dünyasını dəyişdi
Cəmiyyət 11:40
Azərbaycanlı tanınmış dünyasını dəyişdi
Azərbaycanda yüksək vəzifəli məmur rüşvət alarkən tutuldu
Cəmiyyət 10:31
Azərbaycanda yüksək vəzifəli məmur rüşvət alarkən tutuldu
Sevil Əliyeva üçün özəl gün - FOTOLAR
Cəmiyyət 10:07
Sevil Əliyeva üçün özəl gün - FOTOLAR
Nazir direktoru işdən azad etdi
Cəmiyyət 09:57
Nazir direktoru işdən azad etdi
Mətbuatdan vəzifəyə gedən məmurlar - SİYAHI
Cəmiyyət 09:51
Mətbuatdan vəzifəyə gedən məmurlar - SİYAHI
Xaricə getmək istəyənlər üçün ŞAD XƏBƏR
Cəmiyyət 09:42
Xaricə getmək istəyənlər üçün ŞAD XƏBƏR
Həsən Şirinova ağır itki
Cəmiyyət 09:25
Həsən Şirinova ağır itki
“Onunla bağlı heç nə bilmək istəmirəm” - Hacı İbrahim
Cəmiyyət 09:15
“Onunla bağlı heç nə bilmək istəmirəm” - Hacı İbrahim
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol