• $
  • £

Sahil Babayevdən pensiyaçılara şad xəbər

Sahil Babayevdən pensiyaçılara şad xəbər
06.08.2018 15:10
Sosial təminat sisteminin mühüm komponentlərindən olan pensiya təminatı sahəsi üzrə əhaliyə xidmətlərdə məmur-vətəndaş təmasının aradan qaldırılması və şəffaflığa tam nail olunması üçün pensiya təyinatı prosedurunun da elektronlaşdırılması həyata keçiriləcək.

AzVision.az xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev pensiya təminatı sisteminin təkmilləşdirilməsi məqsədilə nazirlikdə yaradılmış İşçi Qrupunun iclasında bildirib. 

Nazir Prezident İlham Əliyevin 2014-cü il 4 noyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş "2014-2020-ci illərdə Azərbaycan Respublikasında pensiya təminatı sisteminin islahatı Konsepsiyası”na uyğun olaraq pensiya təminatı sistemində aparılan islahatların davam etdirildiyini deyib.

O qedy edib ki, bu islahatlar sosial sığorta sisteminin inkişafının, işləyən əhalinin bu sistemdə fəal iştirakının effektiv şəkildə stimullaşdırılması, sığortaedənlərlə iş mexanizmlərinin təkmilləşdirilməsi, sosial sığorta münasibətlərinin və pensiya təyinatı üzrə xidmətlərin şəffaflaşdırılması, bu xidmətlərin keyfiyyətinin artırılması və s. kimi hədəflərə yönəlib. Hazırda "Azərbaycan Respublikasında pensiya təminatı sistemində islahatın həyata keçirilməsində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə dəstək” Tvinninq layihəsinin imkanlarından da bu istiqamətdə səmərəli istifadə mühüm önəm kəsb edir.

S.Babayev sığorta-pensiya sistemi ilə bağlı qanunvericilik aktlarında müvafiq əlavə və dəyişikliklərin edilməsi üçün təkliflərin hazırlandığını diqqətə çatdırıb.

İclasda İşçi Qrupuna tapşırılan vəzifələrin icrası sahəsində görülən işlər, hazırlanan yeni təkliflər, pensiya təyinatı prosedurunun elektronlaşdırılması ilə bağlı məsələlər müzakirə olunub.


www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azəbaycanda bu məhsullar BAHALAŞDI - SİYAHI
İqtisadiyyat 12:21
Azəbaycanda bu məhsullar BAHALAŞDI - SİYAHI
Nəqliyyatda güzəştli kartlar paylanılsın - TƏKLİF
İqtisadiyyat 11:33
Nəqliyyatda güzəştli kartlar paylanılsın - TƏKLİF
Bakının bu yolları bağlandı
İqtisadiyyat 10:04
Bakının bu yolları bağlandı
Azərbaycanda dollar bahalaşacaq? - Mərkəzi Bankdan AÇIQLAMA
İqtisadiyyat 09:30
Azərbaycanda dollar bahalaşacaq? - Mərkəzi Bankdan AÇIQLAMA
“Azercell” satıldı
İqtisadiyyat 09:13
“Azercell” satıldı
Diqqət: bu yollar bağlanır
İqtisadiyyat 08:55
Diqqət: bu yollar bağlanır
DİQQƏT! Bu avtobusda gediş haqqı qaldırıldı
İqtisadiyyat 08:55
DİQQƏT! Bu avtobusda gediş haqqı qaldırıldı
Daha iki TV-yə lisenziya verdi
İqtisadiyyat 08:52
Daha iki TV-yə lisenziya verdi
Bu şəxslərin maaşı artırıldı
İqtisadiyyat 08:45
Bu şəxslərin maaşı artırıldı
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol