• $ 1.7
  • € 2.0022
  • ₽ 0.021715
  • ₺ 0.0396
  • £ 2.297

Ruhani vəd verdi: "İran Azərbaycanın yanında olacaq"

Ruhani vəd verdi: "İran Azərbaycanın yanında olacaq"
14.11.2014 10:46

"Arazın bu tərəfi də, o tərəfi də qohum-qaralıdır" 

“Biz Azərbaycanı və İranı kökü bir olan ağacın qolları hesab edirik. Biz əsrlər boyu bir yerdə olmuşuq, bir yerdə yaşamışıq, bir-birimizin süfrəsinin başında əyləşmişik”. Lent.az-ın məlumatına görə, bunu İran prezidenti Həsən Ruhani bildirib.

İranın dövlət başçısı vurğulayıb ki, Arazın bu tərəfi də, o tərəfi də qohum-qaralıdır. “Ailəliklə bir-birilərinə bağlıdırlar. Keçmişi olan dostluqları var. Bu keçmiş böyük sərvətə malikdir və biz bu gün onunla üz-üzəyik.

Bizim qarşılıqlı mənafelərimiz var. Biz qarşılıqlı mənafeyimizi həm bölgədə, həm də dünyada təmin etməkdə qərarlıyıq. Bizim ölkələrimiz terrorizmin, radikalizmin, ixtilaf və təfriqələrin, dağıdıcı müharibələrin bölgəmiz üçün necə böyük bəla olduğunu yaxşı bilir. Nə üçün uzun illər ixtilafda olmuş, müharibə etmiş, qan tökmüş bəzi ölkələr Avropa İttifaqı adlanan qurumda toplaşır, hətta müştərək qanunlar qəbul edir, vahid pul və qarşılıqlı ticari proqramlar, sərhədlərin açılması istiqamətində fəaliyyət göstərir, amma Azərbaycan və İran, biz müsəlmanlar, qonşular, dostlar, qədim və müştərək mədəniyyətə malik olanlar günbəgün bir-birimizə yaxınlaşmayaq?

Azərbaycan haqqında mənim hisslərim ondan ibarətdir ki, bu dövlət əlaqələrin genişlənməsində qərarlıdır. İran İslam Respublikasının da əlaqələrin, o cümlədən iqtisadi, mədəni, siyasi əlaqələrin genişlənməsi, regional və beynəlxalq təhlükəsizlik məsələlərində əməkdaşlıq üçün ciddi iradəsi vardır. Biz də Azərbaycan ilə əlaqələrin genişlənməsində maraqlıyıq. Biz Azərbaycanın müstəqilliyini tanıyan ilk ölkələrdənik. Biz ölkənizin müstəqilliyinin ilk günlərində var gücümüzlə sizin köməyinizə yetişdik və sizin yanınızda idik. Siz o xalqsınız ki, Arazın o tayında sizin istiqlalınızı sevinclə qarşılayanların şahidisiniz. Onun da şahidisiniz ki, Arazın o tayındakılar bu istiqlalı gülər üzlə qarşılayırdılar. Biz o ölkəyik ki, ağır günlərdə, müharibədə, mübariz Azərbaycan xalqının apardığı savaşda onun köməyinə çatdıq. Allah göstərməsin ki, Azərbaycan çətinliklərlə üzləşsin, əgər Allah eləməmiş, çətin bir gün yetişərsə, Azərbaycan xalqı arxayın olmalıdır ki, İran Azərbaycanın yanında olacaq”.

 

İranın prezidentinin sözlərinə görə, Azərbaycan dövləti və şəxsən Azərbaycan prezidenti İlham Əliyev və İran dövləti və şəxsən İran ticari əlaqələri, qarşılıqlı sərmayə qoyuluşunu dəstəkləyəcək. “Hər hansı bir maneə yarandığı təqdirdə onu aradan qaldıracağıq və iki millətin mənafeləri naminə iş adamları və sahibkarlar üçün bütün şəraiti yaradacağıq”. 

ANN.Az

Oxşar xəbərlər
Oxşar xəbərlər
Türkiyənin 31 əyalətində qarlı hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib
Dünya 22:00
Türkiyənin 31 əyalətində qarlı hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib
“Parisin son kraliçası” vəfat edib
Dünya 21:30
“Parisin son kraliçası” vəfat edib
İtaliyada Yeni il gecəsi fişəng partlaması nəticəsində bir nəfər ölüb, 283 nəfər yaralanıb
Dünya 20:06
İtaliyada Yeni il gecəsi fişəng partlaması nəticəsində bir nəfər ölüb, 283 nəfər yaralanıb
Alyaskada güclü zəlzələ baş verib
Dünya 19:30
Alyaskada güclü zəlzələ baş verib
MKİ: Ukrayna Putinin Valdaydakı iqamətgahını hədəf almayıb
Dünya 19:00
MKİ: Ukrayna Putinin Valdaydakı iqamətgahını hədəf almayıb
Xerson vilayətində Yeni il gecəsi dron hücumu nəticəsində 24 nəfər ölüb
Dünya 16:13
Xerson vilayətində Yeni il gecəsi dron hücumu nəticəsində 24 nəfər ölüb
Amsterdamda 150 illik Vondelkerk yanğında məhv olub
Dünya 14:10
Amsterdamda 150 illik Vondelkerk yanğında məhv olub
İsveçrədə partlayış: 40 ölü, 100-dən çox yaralı var
Dünya 14:00
İsveçrədə partlayış: 40 ölü, 100-dən çox yaralı var
İsveçrədə dağ-xizək kurortunda partlayış olub, bir neçə nəfər ölüb
Dünya 11:15
İsveçrədə dağ-xizək kurortunda partlayış olub, bir neçə nəfər ölüb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol