• $
  • £

"Qarabağ"ın "Zirə" ilə oyunu təxirə salındı

08.08.2018 22:19
Futbol üzrə Azərbaycan Premyer Liqasında 2018-2019 mövsümün açılış oyunu təxirə salınıb.

Unikal.org xəbər verir ki, bu, Azərbaycanı Çempionlar Liqasında təmsil edən "Qarabağ” klubunun Peşəkar Futbol Liqasına (PFL) müraciət əsasında baş verib. Ağdam təmsilçisi avqustun 14-də III təsnifat mərhələsinin Belarusda BATE ilə keçiriləcək cavab oyununa daha yaxşı hazırlaşmaq üçün I turda "Zirə” ilə görüşün təxirə salınmasını xahiş edib.

Azərbaycan çempionunun qitənin ən nüfuzlu klub turnirində çıxışını nəzərə alan PFL I turun avqustun 10-da keçirilməli olan "Qarabağ” – "Zirə” görüşünü sentyabrın 26-na təyin edib.

Qeyd edək ki, "Qarabağ" - "Zirə" matçı təxirə salındığı üçün açılış oyunu avqustun 11-də "Dalğa Arena"da "Sumqayıt" və "Neftçi" komandaları arasında keçiriləcək. Görüş saat 20:00-da başlanacaq. Bu matçın "Kapital Bank Arena"da baş tutmamasını səbəbi Sumqayıtdakı stadionun təmirə bağlanmasıdır. Avqustun 12-də əvvəlcə "Qəbələ" "Səbail"i qəbul edəcək. Qəbələ şəhər stadionundakı görüş saat 19:00-da başlanacaq. Saat 21:00-da isə "Keşlə" "ASK Arena"da "Sabah"ı sınağa çəkəcək.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Futbol üzrə dünya çempionatına təyinat alan hakimlər açıqlanıb
İdman 21:05
Futbol üzrə dünya çempionatına təyinat alan hakimlər açıqlanıb
Əliyar Ağayev cəzalandırılıb
İdman 22:17
Əliyar Ağayev cəzalandırılıb
"Qarabağ" "Karvan-Yevlax"ı böyük hesabla məğlub edib
İdman 20:51
"Qarabağ" "Karvan-Yevlax"ı böyük hesabla məğlub edib
İtaliya Futbol Federasiyasının prezidenti istefa verib
İdman 18:29
İtaliya Futbol Federasiyasının prezidenti istefa verib
Azərbaycanın U-21 millisi Bolqarıstanla səfər matçında xal qazanıb
İdman 22:06
Azərbaycanın U-21 millisi Bolqarıstanla səfər matçında xal qazanıb
Azərbaycan millisi "FIFA Series - 2026" turnirinin qalibi olub - Yenilənib
İdman 21:27
Azərbaycan millisi "FIFA Series - 2026" turnirinin qalibi olub - Yenilənib
Azərbaycanlı FIFA referisi ilk dəfə baş hakim kimi beynəlxalq təyinat alıb
İdman 15:29
Azərbaycanlı FIFA referisi ilk dəfə baş hakim kimi beynəlxalq təyinat alıb
“Qarabağ”ın xanım azarkeşləri üçün giriş pulsuz olacaq
İdman 21:50
“Qarabağ”ın xanım azarkeşləri üçün giriş pulsuz olacaq
Tofiq Musayev UFC-də ilk qələbəsini qazanıb
İdman 10:01
Tofiq Musayev UFC-də ilk qələbəsini qazanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol