• $
  • £

Avtomobil bazarındakı SON QİYMƏTLƏR - Alıcılıq qabiliyyəti nə yerdədir?

Avtomobil bazarındakı SON QİYMƏTLƏR - Alıcılıq qabiliyyəti nə yerdədir?
09.08.2018 17:40
Son günlər avtomobil bazarındakı qiymətlərdə enmə müşahidə olunur.

Bu barədə ekspertlər bildirirlər. Onların sözlərinə görə, hazırda bazarda durğunluq müşahidə olunur.
"MBA Konsaltiq və Qiymətləndirmə” şirkətinin rəhbəri Nüsrət İbrahimov Metbuat.az-a açıqlamasında bildirib ki, iyul ayı ərzində ümumi avtomobil bazarında 1.81% qiymət artımı olub:

"Yəni, bazarda nə qədər avtomobil varsa, orta qiymət 27 min 575 manat təşkil edib. Ondan əvvəlki ayda isə bu qiymət 27 min 84 manat təşkil edib. Orta qiymət dəyişən struktur ilə 1.81% artıb. Amma sabit struktur ilə qiymətlər 2.39% azalıb. Bu, o deməkdir ki, eyni marka və ilə məxsus olan avtomobillərin qiyməti 2.39% azalıb. Təbii ki, burada bir neçə faktor var. Azalma mühərrik həcmi 3 və 3-dən yuxarı olan avtomobillərdə olub. Bu da onu göstərir ki, bazarda alıcılar kiçik həcmli avtomobillərə üstünlük verirlər. Böyük həcmli avtomobillər əlçatmazdır. Digər tərədən, banklar avtomobil bazarını həvəslə kreditləşdirmirlər. Bu da potensial alıcılıq qabiliyyətinə təsir edir. Həm də yaydır. Yay ayı adətən daşınmaz və avtomobil bazarı üçün qeyri-mövsüm ayları sayılır”.

İqtisadçı Cəfər İbrahimli Metbuat.az-a açıqlamasında qeyd edib ki, bu, mövsümlə bağlı bir məsələdir:

"Ölkəmizdə avtomobil qiymətlərinin düşməyəcəyi qənaətində olmuşam. Çünki avtomobil bizdə istehsal olunmayan avadanlıqdır. İdxala bağlı olduğu üçün bunun qiymətinin düşməsi gözlənilmir. Yay dönəmində aktivlik həmişə aşağı olur”.

 

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Yerli düyü niyə bahadır?
İqtisadiyyat 11:17
Yerli düyü niyə bahadır?
Bakıda 2 milyona istirahət mərkəzi satılır
İqtisadiyyat 10:57
Bakıda 2 milyona istirahət mərkəzi satılır
Nazir şöbə müdirini işdən çıxardı
İqtisadiyyat 10:54
Nazir şöbə müdirini işdən çıxardı
MİDA-nın 760 min xərclənən sistemi niyə çökdü?
İqtisadiyyat 10:02
MİDA-nın 760 min xərclənən sistemi niyə çökdü?
Əhalinin kommunal borcları silinir? - HƏR KƏSİN GÖZLƏDİYİ XƏBƏR
İqtisadiyyat 09:18
Əhalinin kommunal borcları silinir? - HƏR KƏSİN GÖZLƏDİYİ XƏBƏR
“Sədərək” TM-ə giriş 6 dəfə bahalaşdı
İqtisadiyyat 09:02
“Sədərək” TM-ə giriş 6 dəfə bahalaşdı
Bakı metrosunda OLAY
İqtisadiyyat 08:53
Bakı metrosunda OLAY
İqtisadiyyat 08:33
"WhatsApp"da yeni funksiyalar
Benzin və dizellə bağlı RƏSMİ MƏLUMAT
İqtisadiyyat 07:35
Benzin və dizellə bağlı RƏSMİ MƏLUMAT
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol