• $
  • £

Millət vəkili Ramilin qələbəsindən yazdı: inanılmaz...

Millət vəkili Ramilin qələbəsindən yazdı: inanılmaz...
10.08.2018 10:40
Ramil Quliyevin yarışını izlədim. Fərqi yoxdur, Türkiyə adına çıxış həm də bizim adımıza çıxışdır. İnamlı qələbə qazandı. Bu, atletizmdə bizim üçün inanılmaz bir göstəricidir. Təəssüf ki, bu cür yarışlarda Azərbaycanın izi-tozu yoxdur.

Axar.az xəbər verir ki, bu sözləri millət vəkili Fazil Mustafa azərbaycanlı atlet Ramil Quliyevin Berlində keçirilən atletika üzrə Avropa çempionatında qızıl medal qazanmasına münasibət bildirərkən deyib. O, idmanı təbliğ etmək üçün məktəbin, infrastrukturun və təbliğatın olmamasından şikayətlənib:

"Üzgüçülük ənənəsi olmadığına görə necə kütləvi şəkildə dənizdə, göldə boğuluruqsa, eləcə də nə disk, nə nizə ata bilirik, qaçmamız və tullanmamız da heç yox. Cəhalətə doğru qaçış olsaydı, dünyada bizə çatanmı olardı? Heç olmazsa Ramilin qələbəsindən həvəslənib bundan sonra atletizmə diqqət yetirmək olar. Övladlarınızı idmana yönəltməkdən çəkinməyin, təhsildən yayındırmayın. Ramilin müsahibəsi də səviyyəli və anlamlı idi. Bir sözlə, beşdə beşlik bir obraz. Bir daha bu qəhrəman vətən övladını həm də Azərbaycanda dəyər verilmədiyində məhz Türkiyəni seçdiyinə görə təbrik edirəm”.

Qeyd edək ki,Türkiyə millisinin əslən azərbaycanlı sprinteri Ramil Quliyev Berlində keçirilən atletika üzrə Avropa çempionatında qızıl medal qazanıb. 28 yaşlı idmançı 200 metr məsafəyə qaçışda bütün rəqiblərini qabaqlayıb və finişə 19,76 saniyəyə çatıb.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Futbol üzrə dünya çempionatına təyinat alan hakimlər açıqlanıb
İdman 21:05
Futbol üzrə dünya çempionatına təyinat alan hakimlər açıqlanıb
Əliyar Ağayev cəzalandırılıb
İdman 22:17
Əliyar Ağayev cəzalandırılıb
"Qarabağ" "Karvan-Yevlax"ı böyük hesabla məğlub edib
İdman 20:51
"Qarabağ" "Karvan-Yevlax"ı böyük hesabla məğlub edib
İtaliya Futbol Federasiyasının prezidenti istefa verib
İdman 18:29
İtaliya Futbol Federasiyasının prezidenti istefa verib
Azərbaycanın U-21 millisi Bolqarıstanla səfər matçında xal qazanıb
İdman 22:06
Azərbaycanın U-21 millisi Bolqarıstanla səfər matçında xal qazanıb
Azərbaycan millisi "FIFA Series - 2026" turnirinin qalibi olub - Yenilənib
İdman 21:27
Azərbaycan millisi "FIFA Series - 2026" turnirinin qalibi olub - Yenilənib
Azərbaycanlı FIFA referisi ilk dəfə baş hakim kimi beynəlxalq təyinat alıb
İdman 15:29
Azərbaycanlı FIFA referisi ilk dəfə baş hakim kimi beynəlxalq təyinat alıb
“Qarabağ”ın xanım azarkeşləri üçün giriş pulsuz olacaq
İdman 21:50
“Qarabağ”ın xanım azarkeşləri üçün giriş pulsuz olacaq
Tofiq Musayev UFC-də ilk qələbəsini qazanıb
İdman 10:01
Tofiq Musayev UFC-də ilk qələbəsini qazanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol