• $
  • £

Rəsmi: Bakıda restoranda silahlı insident: 1 ölü, 1 yaralı - VIDEO

Rəsmi: Bakıda restoranda silahlı insident: 1 ölü, 1 yaralı - VIDEO
10.08.2018 11:09
Daxili İşlər Nazirliyi Bakıda kafedə törədilən qətillə bağlı məlumat yayıb.

DİN-dən anews.az-a verilən məlumata görə, Sabunçu rayonunun Ramana qəsəbəsində yerləşən kafelərdən birində avqustun 9-da naməlum şəxs odlu silahdan atəş açaraq Bakı şəhər sakinləri, əvvəllər məhkum olunmuş Namiq Allahverdiyevə və Elxan Kərimova xəsarət yetirib. Nəticədə N.Allahverdiyev ölüb, E.Kərimov isə xəstəxanaya yerləşdirilib.

Polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən peşəkarlıqla həyata keçirilən təxirəsalınmaz istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində qətlin üstü "isti izlər”lə açılıb. Qətli törətməkdə şübhəli bilinən şəxsin həmin qəsəbə sakini, əvvəllər məhkum olunmuş Hikmət Abbasquliyev olması müəyyən edilib və o, görülmüş tədbirlərlə tutulub.

H.Abbasquliyevdən 1 ədəd nömrəsi silinmiş AKMS markalı silah, 17 ədəd patron və 1 ədəd patron darağı maddi sübut kimi götürülüb.

Faktla əlaqədar Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb.

Hadisənin digər iştirakçıları müəyyən edilib və onların da tutularaq cinayət məsuliyyətinə cəlb edilmələri istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Qeyd edək ki, Report-un yaydığı məlumata görə, hadisə Ramana qəsəbəsindəki Şuşa şəhərciyi ərazisində yerləşən "Naxçıvan" restoranında baş verib.

Yaralı 3 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.
 


www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tələbə qəbulunda daha bir - Yenilik
Cəmiyyət 09:01
Tələbə qəbulunda daha bir - Yenilik
DİM-dən yeni tələbələrə - Xəbərdarlıq
Cəmiyyət 08:54
DİM-dən yeni tələbələrə - Xəbərdarlıq
Dəhşətli yanğında ölənlərlə bağlı yeni xəbər
Cəmiyyət 08:53
Dəhşətli yanğında ölənlərlə bağlı yeni xəbər
Dəhşətli yanğında ölən həkim tanınmış şəxsin qardaşıdır
Cəmiyyət 08:53
Dəhşətli yanğında ölən həkim tanınmış şəxsin qardaşıdır
Bu sürücülər 50 manat cərimə ediləcək - VİDEO
Cəmiyyət 08:46
Bu sürücülər 50 manat cərimə ediləcək - VİDEO
Bu şəxslər
Cəmiyyət 08:45
Bu şəxslər "Bakı Bus"a buraxılmır - Qadağa
Gələn həftə 2 gün iş olmayacaq
Cəmiyyət 08:36
Gələn həftə 2 gün iş olmayacaq
Səxsiyyət vəsiqələrində növbəti DƏYİŞİKLİK
Cəmiyyət 08:33
Səxsiyyət vəsiqələrində növbəti DƏYİŞİKLİK
İtkin alpinistlərlə bağlı - Yeni xəbər
Cəmiyyət 08:11
İtkin alpinistlərlə bağlı - Yeni xəbər
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol