• $
  • £

Prezident sərəncamı: yeni agentlik hansı işləri görəcək?

Prezident sərəncamı: yeni agentlik hansı işləri görəcək?
10.08.2018 14:35
Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin (DOST)yaradılmasında əsas məqsəd əhaliyə göstərilən sosial xidmətlərin yaxşılaşdırılması, keyfiyyətin yüksəldilməsi, əhalinin məşğulluq təminatı və əlillik problemlərinin həlli, yerlərdə sosial xidmət, ünvanlı sosial yardım, pensiya və müavinətlərin təyini məsələlərinin operativ şəkildə həll edilməsidir.

Bu sözləri Axar.az-a açıqlamasında Milli Məclisin Əmək və sosial siyasət komitəsinin üzvü, millət vəkili Musa Quliyev Prezident İlham Əliyevin DOST agentliyinin yaradılması ilə bağlı imzaladığı sərəncam barədə danışarkən söyləyib. O, sözügedən agentliyin vətəndaşların rahatlığının təmin edilməsi üçün əlverişli imkanlar yaradacağını deyib:

"Regionlarda agentliyin şöbələri yaradılacaq və vətəndaşlar bir bina daxilində bütün bu xidmətlərdən yararlana biləcəklər. Elektron hökumət çərçivəsində bu sahənin də elektronlaşdırılması prosesi gedir. Elə bir şərait yaradılacaq ki, bəzi hallarda vətəndaşlar evindən çıxmadan yalnız elektron formada müraciət edərək, öz problemlərinin hamısını həll edə biləcəklər”.

Millət vəkilinin sözlərinə görə, yeni agentlik bürokratiyanın aradan qaldırılmasında əhəmiyyətli dərəcədə rol oynayacaq:

"DOST agentliyinin yaradılması ilə bürokratiya halları bütünlüklə aradan qaldırılacaq. Beləliklə, ölkədə bir sıra müasir sivil ölkələrin tətbiq etdiyi sosial xidmət modeli qurulacaq.

Hesab edirəm ki, bu agentlik təxminən ASAN Xidmətin təcrübəsindən bəhrələnərək yaradılan bir sosial xidmət növü olacaq”.

Qeyd edək ki, Prezident İlham Əliyev ötən gün Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin fəaliyyətinin təşkili, DOST mərkəzlərinin yaradılması və əhalinin məşğulluğu, əmək, sosial müdafiə və təminat sahələrində vətəndaşlara göstərilən xidmətlərin təkmilləşdirilməsi ilə bağlı tədbirlərin həyata keçirilməsi məqsədi ilə Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə 2,0 (iki) milyon manat ayrılması barədə sərəncam imzalayıb.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Qarabağın yeni görüntüləri  - VİDEO
Siyasət 11:13
Qarabağın yeni görüntüləri - VİDEO
Natəvan Qədimova nazir təyin edildi
Siyasət 10:50
Natəvan Qədimova nazir təyin edildi
Azərbaycanlı əsirin məktubu: minlərlə girov… – Rəsmi
Siyasət 09:15
Azərbaycanlı əsirin məktubu: minlərlə girov… Rəsmi
Azərbaycanda yeni nazir müavini təyin edildi
Siyasət 09:05
Azərbaycanda yeni nazir müavini təyin edildi
Şəhidimiz izdihamla dəfn edildi – Foto
Siyasət 08:44
Şəhidimiz izdihamla dəfn edildi Foto
İlham Əliyev güc nazirlərini topladı - TƏCİLİ
Siyasət 06:39
İlham Əliyev güc nazirlərini topladı - TƏCİLİ
Usubov yeni rəis təyin etdi
Siyasət 06:10
Usubov yeni rəis təyin etdi
İlham Əliyev Balababa Rzayevə vəzifə verdi
Siyasət 05:26
İlham Əliyev Balababa Rzayevə vəzifə verdi
Şəhid olan polislərimizin dəfndən FOTOSU
Siyasət 03:57
Şəhid olan polislərimizin dəfndən FOTOSU
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol