İran prezidentinin Azərbaycana rəsmi səfəri başladı
İran İslam Respublikasının prezidenti Həsən Ruhani Azərbaycana rəsmi səfərə gəlib.APA-nın məlumatına görə, H. Ruhanini H. Əliyev Beynəlxalq Aeroportunda Azərbaycan baş nazirinin 1-ci müavini Yaqub Eyyubov və digər rəsmi şəxslər qarşılayıb. Səfər çərçivəsində İran prezidentinin Azərbaycan prezidenti İlham Əliyev və digər rəsmi şəxslərlə görüşü, ikitərəfli əməkdaşlığa dair bir neçə sənədin imzalanması gözlənilir.ANN.Az