• $ 1.7
  • € 2.0022
  • ₽ 0.021715
  • ₺ 0.0396
  • £ 2.297

Gənc alimlər üçün müsabiqə

Gənc alimlər üçün müsabiqə
12.11.2014 14:10

Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondu gənc alim və mütəxəssislərin elmi  fəaliyyətini stimullaşdırmaq və onlara əlavə yaradıcılıq imkanı yaratmaq məqsədi ilə gənc alim və mütəxəssislərin üçüncü müsabiqəsini elan edib.

ANN.Az APA-ya istinadən xəbər verir ki, gənc alim və mütəxəssislərin üçüncü qrant müsabiqəsinin maliyyələşdirilməsinin cəmi həcmi 500000 (beş yüz min) manat nəzərdə tutulub bu haqda məlumat fondun mətbuat xidmətindən verilib.

Müsabiqə fizika-riyaziyyat və texnika elmləri, kimya elmləri, Yer haqqında elmlər, biologiya, tibb və aqrar elmləri, humanitar və ictimai elmlər sahələrini əhatə edən fundamental - tətbiqi, axtarış-innovasiya xarakterli və xüsusi layihələrin kiçik və orta həcmli qrantlar vasitəsilə maliyyələşdirilməsini nəzərdə tutur. Müsabiqədə iştirak etmək üçün sənədlər noyabrın 14-dən dekabrın 29-u saat 17:00-dək qəbul olunacaq. Müsabiqənin nəticələri 2015-ci ilin birinci yarımilində açıqlanacaq. Müsabiqədə yalnız 35 yaşa qədər olan gənc alim və mütəxəssislər iştirak edə bilərlər. Qeyd edək ki, sənədlərin qəbulu üçün nəzərdə tutulmuş müddət ərzində qrant iddiaçılarına kömək və sualların cavablandırılması məqsədilə məsləhət seminarlarının keçirilməsi nəzərdə tutulub. ANN.Az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Axtarışda olan şəxs Monteneqroda saxlanılıb
Cəmiyyət 23:47
Axtarışda olan şəxs Monteneqroda saxlanılıb
Goranboyda yıxılaraq başı betona dəyən qadın ölüb
Cəmiyyət 23:00
Goranboyda yıxılaraq başı betona dəyən qadın ölüb
Bu gündən sığortalıların cərimələrindən toplanan vəsaitin 43 faizi işçilərə xərclənəcək
Cəmiyyət 20:30
Bu gündən sığortalıların cərimələrindən toplanan vəsaitin 43 faizi işçilərə xərclənəcək
Dövlət-özəl tərəfdaşlığında podratçıların texnika idxalı ƏDV və rüsumlardan azad edilib
Cəmiyyət 20:00
Dövlət-özəl tərəfdaşlığında podratçıların texnika idxalı ƏDV və rüsumlardan azad edilib
Bəzi dağlıq ərazilərdə yollar buz bağlayacaq
Cəmiyyət 19:31
Bəzi dağlıq ərazilərdə yollar buz bağlayacaq
"Qarpız" yükünün içərisində xüsusilə külli miqdarda narkotik vasitə aşkarlanıb
Cəmiyyət 18:30
"Qarpız" yükünün içərisində xüsusilə külli miqdarda narkotik vasitə aşkarlanıb
Vəkil və mediatorlar üçün sosial sığorta haqqı 5 faiz artırılıb
Cəmiyyət 18:00
Vəkil və mediatorlar üçün sosial sığorta haqqı 5 faiz artırılıb
Mehriban Əliyeva sosial media hesabında 2026-cı ilin ilk günü ilə bağlı təbrik paylaşımı edib
Cəmiyyət 15:43
Mehriban Əliyeva sosial media hesabında 2026-cı ilin ilk günü ilə bağlı təbrik paylaşımı edib
AZAL borc qiymətli kağızlarına investisiya qoymağa başlayıb
Cəmiyyət 15:34
AZAL borc qiymətli kağızlarına investisiya qoymağa başlayıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol