• $
  • £

Elza Seyidcahan Paşinyana şeir yazacaq

Elza Seyidcahan Paşinyana şeir yazacaq
18.08.2018 14:46
Əməkdar artist Elza Seyidcahan hər zaman diqqət mərkəzində olmağı bacarıb. Yadınızdadırsa, müğənni Ermənistanın sabiq prezidenti Serj Sarkisyana da şeir həsr etmiş və  oxucu reaksiyası qazanmışdı.  


Müğənni-şair Ermənistanın baş naziri Nikol Paşinyana da şeir yazacaqmı? 


O, Modern.az saytının əməkdaşı ilə söhbət zamanı  solo konsertə hazırlaşdığını deyib:


"Yeni bəstələrim çoxdur, tezliklə eşidəcəksiniz. Yay fəsli olsa da, mən hər zaman iş başındayam . O cümlədən solo konsertə hazırlaşıram və bu, noyabrın 19-da baş tutacaq. 


Qaldı ki, Serj Sarkisyana yazdığım şeirə.. Bu şeiri o vaxt YAP-ın dəstəyi ilə keçirilən aksiya zamanı yazdım. Şeirim doğurdan da böyük səs-küy yaratdı. Hətta Rusiyadan çoxlu zənglər gəlmişdi, şeirimi bəyəndiklərini demişdilər. Paşinyana şeir yazıb-yazmayacağım barədə isə nəsə demək çətindir. Yaradıcılıq  elə bir şeydir ki, o ani yaranır. Həmin an gələrsə, yaza bilərəm”. 


Əməkdar artist həmçinin ikinci kitabının çapı haqqında düşündüyünü də  bildirib: 


"Mənim şəklimin həkk olunduğu çantalar istehsal olundu.  Çantalar dünya miqyasında tanınmış böyük yaradıcı  heyətin  məhsuludur.  Sentyabrda bu haqda ətraflı eşidəcəksiniz. Çantaların satışından alınan pulla xeyriyyə fonduna köçürüləcək. 


"Mən dəlinin rəssamı” kitabım  isə satılıb və indi də satılır.  Bu yaxınlarda kitabla bağlı görüşümüz olacaq. Yeni kitabım da çap olunacaq. Bu, musiqi əsərlərimlə birbaşa bağlıdır. Yəqin ki,  ikinci kitabımın çapı  yaxın bir il ərzində reallaşacaq”.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Rasim Balayev Birinci Fəxri xiyabanda dəfn olunub - Yenilənib
Mədəniyyət 14:26
Rasim Balayev Birinci Fəxri xiyabanda dəfn olunub - Yenilənib
Prezident Rasim Balayevin vəfatı ilə bağlı nekroloq imzalayıb
Mədəniyyət 13:36
Prezident Rasim Balayevin vəfatı ilə bağlı nekroloq imzalayıb
Raziyyə Şirinova vəfat edib
Mədəniyyət 07:58
Raziyyə Şirinova vəfat edib
İncəsənət təhsilində tədris məzmunu yenilənib – nazir
Mədəniyyət 11:40
İncəsənət təhsilində tədris məzmunu yenilənib – nazir
İTV "Avroviziya-2026"da təmsilçi və mahnı seçimi ilə bağlı müzakirələrə münasibət bildirib
Mədəniyyət 21:30
İTV "Avroviziya-2026"da təmsilçi və mahnı seçimi ilə bağlı müzakirələrə münasibət bildirib
Türkiyədə Pasxa tətili – inanc, tarix və baharın gözəlliyi bir arada -FOTOLAR
Mədəniyyət 12:52
Türkiyədə Pasxa tətili – inanc, tarix və baharın gözəlliyi bir arada -FOTOLAR
Azərbaycanda milli teatrın yaranmasının 153-cü ildönümü qeyd olunur
Mədəniyyət 09:45
Azərbaycanda milli teatrın yaranmasının 153-cü ildönümü qeyd olunur
Ərdoğan: İran böhranı ilə bağlı bütün ehtimalları nəzərdən keçiririk
Mədəniyyət 20:25
Ərdoğan: İran böhranı ilə bağlı bütün ehtimalları nəzərdən keçiririk
“Avroviziya 2026”da Azərbaycan təmsilçisi məlum olub
Mədəniyyət 18:27
“Avroviziya 2026”da Azərbaycan təmsilçisi məlum olub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol