• $
  • £

Bakı metrosunda əməliyyat – Qadın və kişi saxlanıldı

Bakı metrosunda əməliyyat – Qadın və kişi saxlanıldı
20.08.2018 11:36
Bakı metrosunda soyğunçuluq edən kişi və qadın saxlanılıb.

Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Zeyni Hüseynov BAKU.WS-ə məlumat verib. Onun sözlərinə görə, avqustun 17-də saat 23 radələrində metronun "N.Nərimanov” stansiyasının platformasında qaçan iki nəfər orada xidmət aparan polis əməkdaşlarının diqqətini cəlb etdiyindən, onlar şübhəli şəxs qismində saxlanılaraq Metropolitendə Polis Şöbəsinə gətiriliblər.

Araşdırmalar zamanı həmin şəxslərin Bakı şəhər sakinləri, əvvəllər məhkum olunmuş Tamerlan Əliyev və Nərminə Abbasova olmaları müəyyən edilib.

Aparılan araşdırmalar zamanı məlum olub ki, onlar Masallı rayon sakini olan bir nəfərin içərisində 71 manat və bank kartları olan pul kisəsini soyğunçuluq yolu ilə alıb aradan çıxmaq istəyiblər.
 
Onların üzərlərinə şəxsi axtarış keçirilən zaman T.Əliyevdən şəxsi istehlak miqdarından artıq narkotik vasitə olan heroin, Nərminə Abbasovanın üzərindən isə başqa bir şəxsə məxsus pulqabı aşkar edilərək götürülüb.

Əməliyyat tədbirləri ilə o da müəyyən edilib ki, N.Abbasova həmin pulqabını Nərimanov rayonu ərazisindəki mağazaların birində paytaxt sakini olan bir qadından oğurlayıb.

Faktla əlaqədar Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azad Rəhimovunzir oğlu Vergilər Nazirliyini məhkəməyə verdi
İqtisadiyyat 10:48
Azad Rəhimovunzir oğlu Vergilər Nazirliyini məhkəməyə verdi
Oğuz-Qəbələ-Bakı su kəmərinin fəaliyyəti bərpa edildi
İqtisadiyyat 10:40
Oğuz-Qəbələ-Bakı su kəmərinin fəaliyyəti bərpa edildi
 Azərbaycanda dizel bahalaşacaq
İqtisadiyyat 09:53
Azərbaycanda dizel bahalaşacaq
Azərbaycanda bahalı maşınlar ucuzlaşa bilər
İqtisadiyyat 06:04
Azərbaycanda bahalı maşınlar ucuzlaşa bilər
Ordumuzun 100 illiyi ilə bağlı fantastik pullar hazırlandı
İqtisadiyyat 05:09
Ordumuzun 100 illiyi ilə bağlı fantastik pullar hazırlandı
Bakıda dolların satışı dayandırıldı? – Bankların cavabı
İqtisadiyyat 04:25
Bakıda dolların satışı dayandırıldı? Bankların cavabı
“Azərişıq” işıq pulu ilə bağlı mətbuat konfransı keçirir
İqtisadiyyat 03:21
“Azərişıq” işıq pulu ilə bağlı mətbuat konfransı keçirir
Azərbaycanda benzin bahalaşır - 1 manat olacaq?
İqtisadiyyat 02:30
Azərbaycanda benzin bahalaşır - 1 manat olacaq?
Sakinlərə verilən pulun məbləği artırılacaq - İcra başçısı
İqtisadiyyat 01:24
Sakinlərə verilən pulun məbləği artırılacaq - İcra başçısı
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol