• $
  • £

Sukerberqdən İran və Rusiyaya zərbə: kəşfiyyat xidmətləri...

Sukerberqdən İran və Rusiyaya zərbə: kəşfiyyat xidmətləri...
22.08.2018 09:11
"Facebook” şirkəti sosial şəbəkəsində, həmçinin "Instagram” xidmətində bir sıra səhifələri və qrupları silib.

Publika.az "RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, şirkət qərarını səhifələr və qruplarda "razılaşdırılmış şübhəli hərəkətlər”in həyata keçirilməsi ilə izah edib.

Bu fəaliyyətin bir hissəsinin İran və Rusiya mənşəli olduğu bildirilir.

Xəbərdə deyilir ki, Yaxın Şərq, Latın Amerikası, ABŞ və Böyük Britaniya auditoriyasına ünvanlanmış 652 İran mənşəli hesab, səhifə və qrup silinib.

"Biz ABŞ hökumətinin daha əvvəl Rusiyanın hərbi kəşfiyyat xidmətləri kimi müəyyən edən səhifələri, qrupları və hesabları sildik”, - şirkətdən əlavə ediblər.

Öz növbəsində, Amerikanın "Twitter” şirkətindən bildiriblər ki, əhəmiyyəti hissəsi İran mənşəli olan 284 hesab silinib. Bildirilir ki, onlar uyğunıaşdırılmış manipulyasiyalarla məşğul olurdular.

Daha əvvəl Amerika KİV-i Rusiyanı sosial şəbəkələr vasitəsilə ABŞ-dakı seçkilərdə Donald Trampa dəstək verməkdə ittiham edib. Xüsusi halda, ittihamlar Sankt-Peterburqdakı "İnternetin öyrənilməsi üzrə Agentliyə” (Internet Research Agency) ünvanlanmışdı.

Aprel ayında "Facebook” şirkətinin banizi Mark Sukerberq 270-dən çox səhifə və hesabın bloklandığını bildirib. Bildirilib ki, onlar İnternetin öyrənilməsi üzrə Agentliyin idarəsi altında idilər. Sukerberq əlavə edib ki, bloklanmış bəzi səhifələr İnternetin öyrənilməsi üzrə Agentliyin nəzarət etdiyi Rusiya xəbərlər təşkilatlarına aid idi.

Qeyd edək ki, "Facebook” və "Twitter” daxil olmaqla, sosial şəbəkələr Senat və Nümayəndələr Palatasının komitələri ilə əməkdaşlıq etməyı öhdəsinə götürüb. Komitələr Rusiyanın seçkilərə güman edilən Rusiya müdaxiləsini və Trampın Rusiya ilə sözləşməsini araşdırırlar.

Belə müdaxilə və sözləşmənin mövcudluğu həm Kremldə, həm də Ağ Evdə təkzib edilir.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
“Lotu Quli”nin adamını tutdular - VİDEO
Dünya 12:32
“Lotu Quli”nin adamını tutdular - VİDEO
Gözəllik müsabiqəsində hicablı iştirakçı - FOTO
Dünya 12:02
Gözəllik müsabiqəsində hicablı iştirakçı - FOTO
Neft tankeri 21 nəfərlik heyyətlə yanır
Dünya 11:34
Neft tankeri 21 nəfərlik heyyətlə yanır
Azərbaycanlı qız erməni ilə VİDEO
Siyasət 11:20
Azərbaycanlı qız erməni ilə VİDEO
Putinin yeni limuzininin qiyməti məlum oldu
Dünya 11:06
Putinin yeni limuzininin qiyməti məlum oldu
Azərbaycanlı məşhur müğənni vəfat etdi
Dünya 10:54
Azərbaycanlı məşhur müğənni vəfat etdi
Azərbaycanlı blogerinin cazibədar sevgilisi - FOTOLAR
Dünya 10:48
Azərbaycanlı blogerinin cazibədar sevgilisi - FOTOLAR
Putin etiraf etdi:
Dünya 10:38
Putin etiraf etdi: "Sərnişin təyyarəsinin vurulması əmrini mən verdim!"
Rusiyada xalq ayağa qalxdı:
Dünya 10:24
Rusiyada xalq ayağa qalxdı: "İstefa" - VİDEO
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol