• $ 1.7
  • € 1.9977
  • ₽ 0.02247
  • ₺ 0.0392
  • £ 2.2947

Ermənilərdən növbəti təxribat - AFFA-dan ETİRAZ

Ermənilərdən növbəti təxribat - AFFA-dan ETİRAZ
29.05.2020 01:35
Məlum olduğu kimi, Azərbaycanın işğal edilmiş Dağlıq Qarabağ bölgəsində tanınmayan dövlətlər arasında futbol üzrə Avropa çempionatı keçiriləcək.

BiG.AZ xəbər verir ki, bu barədə qərar Müstəqil Futbol Federasiyaları Konfederasiyası (CONIFA) tərəfindən qəbul edilib.

Qondarma turnir 2019-cu ilin iyun ayında Qarabağda - Xankəndində baş tutacaq.

Məlumata görə, AFFA artıq bununla bağlı öz sərt etirazını bildirib.

Etiraz bəyanatında deyilir: «2013-cü ildə İsveçdə təsis olunan CONIFA FIFA üzvü olmayan federasiyaların iştirakı ilə müəyyən turnirlər təşkil edən təşkilatdır. CONIFA ilk dünya çempionatını 2014-cü ildə təşkil etmiş və qondarma "Dağlıq Qarabağ” yığma komandası həmin turnirdə iştirak etmişdi.

AFFA həmin dövrdə dərhal məsələyə reaksiya vermiş, FIFA və UEFA-ya, həmçinin CONIFA-nın mənzil-qərargahının yerləşdiyi və turnirin təşkil olunduğu İsveçin Futbol Federasiyasına etiraz məktubları ünvanlamışdı.

CONIFA-nın tərkibinə beynəlxalq ictimaiyyət tərəfindən tanınmayan qondarma respublikalar, müəyyən dövlətlərin ərazisindəki müstəqillik iddiası olmayan ərazilər, müxtəlif diasporaların yığma komandaları daxildir.

AFFA 2019-cu ildə CONIFA-nın təşkilatçılığı ilə qondarma Dağlıq Qarabağ Respublikasında keçirilməsi planlaşdırılan Avropa çempionatı ilə bağlı özünün səlahiyyəti çərçivəsində olan bütün hüquqi prosedurların yerinə yetirilməsini təmin edəcək, bununla bağlı FIFA və UEFA-ya müvafiq müraciətlər göndəriləcək.

Azərbaycan Futbol Federasiyaları Assosiasiyası olaraq, işğal altındakı Azərbaycan torpaqlarında - qondarma Dağlıq Qarabağ Respublikasının ərazisində CONIFA-nın təşkilatçılığı ilə keçiriləcəyi bildirilən Avropa çempionatını qəti şəkildə pisləyirik».

Bir daha qeyd edək ki, 2014-cü ildə FİFA üzvlüyünə daxil olmayan qurumlar arasında İsveçdə keçirilən ilk dünya çempionatında erməni separatçıları iştirak ediblər və keçirdikləri iki matçda məğlub olublar. Həmin vaxt AFFA belə bir komandanın Dağlıq Qarabağ adından iştirak etməsinə görə FİFA, UEFA, CONIFA və İsveç Futbol Federasiyasına şikayət etmiş və bu üzdən ikinci və üçüncü dünya çempionatlarında ermənilər "Artsax” yox, Qərbi Ermənistan adı ilə çıxış etməli olmuşdular.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
"Mançester Yunayted" "Arsenal"ı məğlub etdi
İdman 23:02
"Mançester Yunayted" "Arsenal"ı məğlub etdi
Azərbaycan Basketbol Liqasında NTD "Şəki" üzərində qələbə qazanıb
İdman 16:30
Azərbaycan Basketbol Liqasında NTD "Şəki" üzərində qələbə qazanıb
"İnter" rəqibini darmadağın edib
İdman 11:28
"İnter" rəqibini darmadağın edib
Jalə Əhmədova ASF-nin yeni vitse-prezidenti seçilib
İdman 22:59
Jalə Əhmədova ASF-nin yeni vitse-prezidenti seçilib
Rövşən Nəcəf FIFA prezidenti ilə görüşüb
İdman 22:08
Rövşən Nəcəf FIFA prezidenti ilə görüşüb
Azərbaycan Basketbol Liqası: XIV turda daha iki oyun keçiriləcək
İdman 09:48
Azərbaycan Basketbol Liqası: XIV turda daha iki oyun keçiriləcək
"Qarabağ"ın futbolçusu həftənin rəmzi komandasında yer alıb
İdman 21:09
"Qarabağ"ın futbolçusu həftənin rəmzi komandasında yer alıb
Prezident "Qarabağ" klubunu təbrik edib
İdman 00:51
Prezident "Qarabağ" klubunu təbrik edib
Qurban Qurbanovdan qələbə şərhi
İdman 00:45
Qurban Qurbanovdan qələbə şərhi
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol