• $
  • £

Federasiyadan Məmmədyarova cavab: "Hazırda onun bir sponsoru var - Azərbaycan dövləti...."

Federasiyadan Məmmədyarova cavab:
27.08.2018 13:17
Xəbər verdiyimiz kimi, azərbaycanlı qrossmeyster, beynəlxalq turnirlərdə tarixi qələbələrə imza atan Şəhriyar Məmmədyarov sponsorsuzluqdan gileylənib. O, ard-arda yarışlara çıxmasının düzgün olmadığını vurğulasa da, bunu pul üçün etdiyini etiraf edib. O, bu cür məsələlərə görə, şahmatdan bezdiyini də bildirib.

Azərbaycan şahmatının "Şah”ı beynəlxalq yarışlara öz hesabına getdiyini deyib.

Məsələ ilə bağlı Azərbaycan Şahmat Federasiyasının vitse-prezidenti Mahir Məmmədov ilə əlaqə saxladıq. 

Unikal.org-a danışan federasiya rəsmisi heç bir yarışa öz hesabına getmədiyini diqqətə çatdırıb:

"Şəhriyar Məmmədyarov dünyada tanınan və yaxşı şahmatçı, görkəmli şəxsiyyətdir. Bundan əlavə onun öz fikrini söyləməyə tam hüququ var.

O, hazırda çox ağır bir turnirdə oynayır. Bu ağır turnir yəqin ki, onun əhval-ruhiyyəsinə öz təsirini göstərir. Ş.Məmmədyarov heç bir turnirə öz hesabına getmir. Şəhriyar Məmmədyarov səviyyəli şahmatçılar artıq çoxdandır heç bir turnirə öz hesabına getmir. Ş.Məmmədyarov öz yüksək statusuna görə bütün turnirlərə şəxsi dəvət alır.

Əgər onun qatıldığı turnir yığma komandaya aiddirsə dövlət tərəfindən və ya federasiya tərəfindən maliyələşir.

Kubun qatıldığı yarışdırsa həmin klub tərəfindən maliyələşir. Əgər super turnirdirsə öz şəxsi statusuna müvafiq olaraq turnir təşkilatçıları tərəfindən malityələşdirilir. Həm yol, həm də qalmaq pulu ödənilir.

Ola bilsin Şəhriyar Məmmədyarov onunla gedən şəxsi məşqçisinə öz pulundan xərcləsin.

Mən də istəyərdim onun şəxsi sponsoru olsun. Hazırda onun bir sponsoru var - Azərbaycan dövləti....

Ş.Məmmədyarov öz yüksək statusuna görə bundan da yüksəklərə layiqdir. Azərbaycan tarixində bu cür şahmatçı olmayıb. Yaxın gələcəkdə də olacağını görmürəm.

Bizim ümidimiz var idi ki, Treymur Rəcəbov öz yüksək statusunu saxlayacaq. Əfsuslar olsun ki, onun nəticələri istədiyimiz qədər yüksək deyil.

Ş.Məmmədyarov hər cür dəstəyə, sponsora layiq adamdır. Ona dövlət tərəfindən, federasiyamızın prezidenti tərəfindən dəstək ayrılır.

Ş.Məmmədyarov və ailəsi dövlət tərəfindən də mükafatlandırılıb, mənzillə mükafatlandırılıb.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Futbol üzrə dünya çempionatına təyinat alan hakimlər açıqlanıb
İdman 21:05
Futbol üzrə dünya çempionatına təyinat alan hakimlər açıqlanıb
Əliyar Ağayev cəzalandırılıb
İdman 22:17
Əliyar Ağayev cəzalandırılıb
"Qarabağ" "Karvan-Yevlax"ı böyük hesabla məğlub edib
İdman 20:51
"Qarabağ" "Karvan-Yevlax"ı böyük hesabla məğlub edib
İtaliya Futbol Federasiyasının prezidenti istefa verib
İdman 18:29
İtaliya Futbol Federasiyasının prezidenti istefa verib
Azərbaycanın U-21 millisi Bolqarıstanla səfər matçında xal qazanıb
İdman 22:06
Azərbaycanın U-21 millisi Bolqarıstanla səfər matçında xal qazanıb
Azərbaycan millisi "FIFA Series - 2026" turnirinin qalibi olub - Yenilənib
İdman 21:27
Azərbaycan millisi "FIFA Series - 2026" turnirinin qalibi olub - Yenilənib
Azərbaycanlı FIFA referisi ilk dəfə baş hakim kimi beynəlxalq təyinat alıb
İdman 15:29
Azərbaycanlı FIFA referisi ilk dəfə baş hakim kimi beynəlxalq təyinat alıb
“Qarabağ”ın xanım azarkeşləri üçün giriş pulsuz olacaq
İdman 21:50
“Qarabağ”ın xanım azarkeşləri üçün giriş pulsuz olacaq
Tofiq Musayev UFC-də ilk qələbəsini qazanıb
İdman 10:01
Tofiq Musayev UFC-də ilk qələbəsini qazanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol