• $
  • £

Şahmat üzrə millimizin kapitanı dəyişdirildi

Şahmat üzrə millimizin kapitanı dəyişdirildi
27.08.2018 14:39
Sentyabrın 23-də Gürcüstanın Batumi şəhərində start götürəcək 43-cü Ümumdünya Şahmat Olimpiadasında iştirak edəcək Azərbaycan millisinin kapitanı dəyişdirilib.

Bu barədə Report-a Azərbaycan Şahmat Federasiyasının vitse-prezidenti Mahir Məmmədov məlumat verib. O, deyib ki, yeni kapitan Qədir Hüseynov olacaq. Dəyişikliklə bağlı qərarı federasiya rəhbərliyi ilə şahmatçılar birgə qəbul edib. Ümumi rəyə əsasən, Eltac Səfərlini Hüseynov əvəzləyib.

M.Məmmədov olimpiadada iştirak edəcək Azərbaycan millisinin heyətinin müəyyənləşdiyini də söyləyib. O, komandada 5 qrossmeysterin yer alacağını bildirib:

"Birinci lövhədə Şəhriyar Məmmədyarov yer alacaq. Qalanlarında isə ardıcıllıqla Teymur Rəcəbov, Arkadi Naydiç, Rauf Məmmədov və Eltac Səfərli olacaq. Yarışa hazırlıqla əlaqədar, sentyabrın birinci yarısında təlim-məşq toplanışı olacaq. Azərbaycanın məqsədi hər zaman yüksək nəticə qazanmaqdır”.

Qeyd edək ki, olimpiadaya oktyabrın 6-da yekun vurulacaq.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Futbol üzrə dünya çempionatına təyinat alan hakimlər açıqlanıb
İdman 21:05
Futbol üzrə dünya çempionatına təyinat alan hakimlər açıqlanıb
Əliyar Ağayev cəzalandırılıb
İdman 22:17
Əliyar Ağayev cəzalandırılıb
"Qarabağ" "Karvan-Yevlax"ı böyük hesabla məğlub edib
İdman 20:51
"Qarabağ" "Karvan-Yevlax"ı böyük hesabla məğlub edib
İtaliya Futbol Federasiyasının prezidenti istefa verib
İdman 18:29
İtaliya Futbol Federasiyasının prezidenti istefa verib
Azərbaycanın U-21 millisi Bolqarıstanla səfər matçında xal qazanıb
İdman 22:06
Azərbaycanın U-21 millisi Bolqarıstanla səfər matçında xal qazanıb
Azərbaycan millisi "FIFA Series - 2026" turnirinin qalibi olub - Yenilənib
İdman 21:27
Azərbaycan millisi "FIFA Series - 2026" turnirinin qalibi olub - Yenilənib
Azərbaycanlı FIFA referisi ilk dəfə baş hakim kimi beynəlxalq təyinat alıb
İdman 15:29
Azərbaycanlı FIFA referisi ilk dəfə baş hakim kimi beynəlxalq təyinat alıb
“Qarabağ”ın xanım azarkeşləri üçün giriş pulsuz olacaq
İdman 21:50
“Qarabağ”ın xanım azarkeşləri üçün giriş pulsuz olacaq
Tofiq Musayev UFC-də ilk qələbəsini qazanıb
İdman 10:01
Tofiq Musayev UFC-də ilk qələbəsini qazanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol