• $
  • £

Ziya Məmmədov ölkəni tərk edib? - Qardaşından AÇIQLAMA

Ziya Məmmədov ölkəni tərk edib? - Qardaşından AÇIQLAMA
31.08.2018 15:55
Nə hikmətdirsə, vəzifədən gedən nazirlər mətbuatdan da gedirlər. Barələrində yayılan hər hansı məlumatı özləri ilə dəqiqləşdirmək isə müşkül məsələyə çevrilməkdədir.

Eks yüksək rütbəli məmurlar arasında haqqında ən çox söhbətlər dolaşan sabiq nəqliyyat naziri Ziya Məmmədovdur. Belə ki, sabiq nazirlərin susqunluq göstərdiyi bir vaxtda Ziya Məmmədovun ölkəni tərk etdiyi iddia olunur.

Məlumatlara görə, Ziya Məmmədov yay mövsümünü Türkiyədə olub. Hətta onun Türkiyəyə bir mövsümlük yox, bir ömürlük köçdüyü deyilir.

Anews.az xəbər verir ki, Modern.az saytı məsələni dəqiqləşdirmək üçün sabiq nəqliyyat naziri Ziya Məmmədovun özü ilə əlaqə saxlaya bilməsə də, qardaşı, keçmiş deputat Elton Məmmədovla əlaqə saxlayıb.

O, saytımıza açıqlamasında yayılan xəbərlərin iftira olduğunu deyib.

"Ziya Məmmədov haqqında söz demək istəmirəm. Bu barədə dəfələrlə mətbuata açıqlama vermişəm ki, qardaşım haqqında məndən nəsə soruşmayın! Bircə onu demək istəyirəm ki, dezo xəbərləri yayıb nə edəcəklər?! İnsanlar evində oturub. Niyə getməlidirlər?! Bu cür inkişaf edən ölkəmizdən niyə getməliyik?! Dövlət quruluşunda ölkə rəhbərinin yanında olmuşuq, bu gün də varıq, yanındayıq”- deyə o bildirib.

E.Məmmədov söyləyib ki, inkişaf edən Azərbaycanı hansısa dövlətlə dəyişməzlər.

"Yayılan xəbərlər yalandır, iftiradır. Məntiqli fikirlər deyil. Digər tərəfdən isə kiminsə harasa getməsinin başqalarına nə aidiyyatı var?!".

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bakıda yolun ortasında süpürgəçi qadın keçinib - FOTO
Cəmiyyət 12:32
Bakıda yolun ortasında süpürgəçi qadın keçinib - FOTO
Azərbaycanlı tanınmış dünyasını dəyişdi
Cəmiyyət 11:40
Azərbaycanlı tanınmış dünyasını dəyişdi
Azərbaycanda yüksək vəzifəli məmur rüşvət alarkən tutuldu
Cəmiyyət 10:31
Azərbaycanda yüksək vəzifəli məmur rüşvət alarkən tutuldu
Sevil Əliyeva üçün özəl gün - FOTOLAR
Cəmiyyət 10:07
Sevil Əliyeva üçün özəl gün - FOTOLAR
Nazir direktoru işdən azad etdi
Cəmiyyət 09:57
Nazir direktoru işdən azad etdi
Mətbuatdan vəzifəyə gedən məmurlar - SİYAHI
Cəmiyyət 09:51
Mətbuatdan vəzifəyə gedən məmurlar - SİYAHI
Xaricə getmək istəyənlər üçün ŞAD XƏBƏR
Cəmiyyət 09:42
Xaricə getmək istəyənlər üçün ŞAD XƏBƏR
Həsən Şirinova ağır itki
Cəmiyyət 09:25
Həsən Şirinova ağır itki
“Onunla bağlı heç nə bilmək istəmirəm” - Hacı İbrahim
Cəmiyyət 09:15
“Onunla bağlı heç nə bilmək istəmirəm” - Hacı İbrahim
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol