• $ 1.7
  • € 1.994
  • ₽ 0.021421
  • ₺ 0.0398
  • £ 2.2771

Putinlə Qarabağı müzakirə edəcəyik - İlham Əliyev

Putinlə Qarabağı müzakirə edəcəyik - İlham Əliyev
01.09.2018 14:42
İlk növbədə, bizi Rusiyaya səfərə dəvət etdiyinizə görə Sizə təşəkkür etmək istərdim. Bizim görüşlərimizə həmişə şadam. Sizin qeyd etdiyiniz kimi, biz müntəzəm surətdə görüşürük və bu görüşlər münasibətlərimizə dinamizm gətirir.

Axar.az xəbər verir ki, bu sözləri Soçidə Rusiya Prezidenti Vladimir Putinlə görüşü zamanı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev söyləyib.
"Bütün sahələrdə əlaqələrimizin inkişaf səviyyəsindən biz də məmnunuq. Münasibətlərimiz tamdəyərli, çox səmərəli şəkildə inkişaf edir, fəal siyasi dialoq xarakteri daşıyır. Siz əmtəə dövriyyəsinin artmasını qeyd etdiniz. Bu da ölkələrimizin iqtisadiyyatlarında müsbət meyillərə dəlalət edir. Bu, həm də onu göstərir ki, iqtisadi əməkdaşlığın böyük potensialı var. Əminəm ki, əmtəə dövriyyəsi qarşıdakı illərdə də artacaq. Biz enerji, nəqliyyat sahələrində əməkdaşlıq edirik.
Əlbəttə, bu gün biz Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi ilə bağlı məsələləri, regional problemləri də müzakirə edəcəyik. Bu gündəlik yetərincə genişdir. Əminəm ki, bizim bugünkü görüşümüz münasibətlərimizə əlavə impuls verəcək. Dəvətə görə bir daha təşəkkür edirəm” – Prezident vurğulayıb.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Şavkat Mirziyoyev İlham Əliyevi təbrik edib
Siyasət 18:29
Şavkat Mirziyoyev İlham Əliyevi təbrik edib
Milli Məclisin növbəti iclası dekabrın 23-də olacaq
Siyasət 14:12
Milli Məclisin növbəti iclası dekabrın 23-də olacaq
Lukaşenko İlham Əliyevi doğum günü münasibətilə təbrik edib
Siyasət 13:05
Lukaşenko İlham Əliyevi doğum günü münasibətilə təbrik edib
Parlamentdə amnistiya layihəsi qəbul olunub/Yenilənib
Siyasət 12:32
Parlamentdə amnistiya layihəsi qəbul olunub/Yenilənib
Deputta onların da amnisitiya aktına düşməsini xahiş edir
Siyasət 12:23
Deputta onların da amnisitiya aktına düşməsini xahiş edir
Milli Məclis Avropa Parlamentinin Azərbaycan əleyhinə qətnaməsini pisləyən bəyanat qəbul edib
Siyasət 12:03
Milli Məclis Avropa Parlamentinin Azərbaycan əleyhinə qətnaməsini pisləyən bəyanat qəbul edib
Milli Məclisin növbəti iclası başlayıb
Siyasət 11:03
Milli Məclisin növbəti iclası başlayıb
Prezident sərəncam imzalayıb
Siyasət 13:51
Prezident sərəncam imzalayıb
Prezident İlham Əliyev Qətər Əmirinə təbrik məktubu yazıb
Siyasət 11:36
Prezident İlham Əliyev Qətər Əmirinə təbrik məktubu yazıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol