Xəstəxanalar onlayn randevu sisteminə keçəcək

2026-cı ildə Yeni Klinikada və Abşeron Rayon Mərkəzi xəstəxanasında tam olaraq onlayn randevu sisteminin tətbiqinə başlanılacaq. Bu barədə TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanov “TƏBİB-in 2025-ci ilin yekunlarına və gələcək planlara dair” brifinqdə deyib.
“Hazırda isə paytaxtda və Abşeron ərazisində yerləşən 17 tibb müəssisəsində 33 növbə terminalı və 99 monitor (TV), regionlarda isə 28 tibb müəssisəsində 51 növbə terminalı və 133 monitor quraşdırılıb",-o bildirib.
Aytac

Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 17:19
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur























