• $ 1.7
  • € 1.994
  • ₽ 0.021421
  • ₺ 0.0398
  • £ 2.2771

Filippin prezidenti Obamadan üzr istədi

Filippin prezidenti Obamadan üzr istədi
03.09.2018 20:48
Filippin prezidenti Rodriqo Duterte ABŞ-ın sabiq lideri Barak Obamanın ünvanına əvvəllər söylədiyi sözlərə görə üzr istəyib.

Oxu.Az Türkiyə mediasına istinadən xəbər verir ki, R.Duterte bu barədə Qüdsə səfəri çərçivəsində Filippin icması ilə görüşündə bildirib.

"Mən onun haqqında danışdıqlarıma görə üzr istəyirəm. Barak Obamanı narkotik maddələrin dövriyyəsi ilə məşğul olanlarla bizim hökumətin mübarizəsi barədə dediklərinə görə bağışlayıram”, - deyə R.Duterte vurğulayıb.

Bununla yanaşı, Filippin lideri hesab edir ki, ABŞ-ın sabiq prezidenti Ağ Evin indiki sahibi ilə müqayisədə daha soyuq personaj idi:

"Donald Tramp mənim böyük dostumdur və biz onunla bir mövqedəyik”.

Filippin lideri Manilanın narkotik maddələrin qeyri-qanuni dövriyyəsi ilə məşğul olanlara qarşı mövqeyini dəfələrlə tənqid edən ABŞ-ın sabiq prezidenti barədə kəskin ifadələr işlətməsi ilə məşhurdur.

2016-cı ilin sentyabrında o, B.Obama barədə təhqiredici ifadə işlədərək, bir neçə gündən sonra Laosda keçiriləcək ABŞ-ASEAN sammiti çərçivəsində görüşləri zamanı onun ünvanına daha kəskin ifadələr səsləndirəcəyini bildirmişdi.

Bundan sonra ABŞ administrasiyası iki liderin əvvəlcədən planlaşdırılan görüşünü ləğv etmişdi.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
ABŞ “Green Card” lotereyasını müvəqqəti dayandırır
Dünya 10:05
ABŞ “Green Card” lotereyasını müvəqqəti dayandırır
İran "gözəgörünməz" dronunu təqdim edib
Dünya 23:13
İran "gözəgörünməz" dronunu təqdim edib
ABŞ Beynəlxalq Cinayət Məhkəməsinin iki hakiminə sanksiya tətbiq edib
Dünya 23:00
ABŞ Beynəlxalq Cinayət Məhkəməsinin iki hakiminə sanksiya tətbiq edib
Zelenski Polşaya səfər edib
Dünya 22:53
Zelenski Polşaya səfər edib
“Telegram” Rusiyada növbəti dəfə cərimələnib
Dünya 22:40
“Telegram” Rusiyada növbəti dəfə cərimələnib
Brüsseldə fermerlər Aİ-MERCOSUR sazişinə qarşı etiraz aksiyası keçiriblər
Dünya 22:30
Brüsseldə fermerlər Aİ-MERCOSUR sazişinə qarşı etiraz aksiyası keçiriblər
ABŞ-də təyyarə qəzaya uğrayıb
Dünya 21:56
ABŞ-də təyyarə qəzaya uğrayıb
Uitkoff Qətər, Misir və Türkiyə nümayəndələri ilə Qəzza üzrə razılaşmaları müzakirə edəcək
Dünya 20:10
Uitkoff Qətər, Misir və Türkiyə nümayəndələri ilə Qəzza üzrə razılaşmaları müzakirə edəcək
Ukrayna nümayəndə heyəti sabah Floridaya gedəcək
Dünya 18:45
Ukrayna nümayəndə heyəti sabah Floridaya gedəcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol