• $
  • £

4 idmançıda dopinq tapıldı - Tofiq Heydərov istefa verəcək?

4 idmançıda dopinq tapıldı - Tofiq Heydərov istefa verəcək?
03.09.2018 14:38
Azərbaycanın daha 4 idmançısına dopinqdə "ilişib”. Həmin idmançılara qadağan olunmuş maddələrdən istifadəyə görə, sanksiya tətbiq edilib.

Unikal.org Azərbaycan Milli Antidopinq Agentliyinin (AMADA) rəsmi saytına istinadən xəbər verir ki, ağırlıqqaldırma üzrə yığmanın üzvü Rövşən Fətullayev 96 ay (8 il) müddətinə bütün yarışlardan kənarlaşdırılıb. Ondan alınmış nümunədə qadağan edilmiş maddə və ya onun metabolit və ya markerlərinin mövcudluğu təsbit olunub. Onun orqanizmində xorionik qonadotropin (hCG) və morfin aşkarlanıb. "Bakı 2017” IV İslam Həmrəyliyi Oyunlarının bürünc mükafatçısının cəzası 18 yanvar 2018-ci il tarixindən qüvvəyə minib.

Boksçu İman Əhmədli orqanizmində meldonium maddəsi tapıldığı üçün 12 aylıq diskvalifikasiya olunub. Onun cəzasıisə Bu ilin mart ayından hesablanır.

Voleybolçular - İftixar Abdullayev 24 ay, Sabina Saviç isə 48 ay müddətinə cəzalanıb. Orqanizmində betametazon maddəsi aşkarlanan İ.Abdullayevin cəzası 16 iyul 2018-ci il tarixindən qüvvədədir.

Cəzası 22 may 2018-ci ildən hesablanacaq S.Saviç isə qadağan olunmuş metamfetamin (D-) və amfetamin maddələrindən istifadəyə görə sanksiyaya məruz qalıb.

Qeyd edəki, bir neçə ay bundan öncə Unikal.org-da R.Fətullayevin dopinq tapıldığı üçün millinin məşqindən çıxarılması barədə yazılmışdı. Federasiya rəsmiləri, qurumun vitse-prezidenti Tofiq Heydərov bunun mümükün olmadığını deyib, məhkəmə ilə hədələmişdi.

Onu da bildirək ki, vitse-prezident T.Heydərov hansısa idmançıda dopinq çıxsa istefa verəcəyini desə də sonradan bu qərarından daşınmışdı.


www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Futbol üzrə dünya çempionatına təyinat alan hakimlər açıqlanıb
İdman 21:05
Futbol üzrə dünya çempionatına təyinat alan hakimlər açıqlanıb
Əliyar Ağayev cəzalandırılıb
İdman 22:17
Əliyar Ağayev cəzalandırılıb
"Qarabağ" "Karvan-Yevlax"ı böyük hesabla məğlub edib
İdman 20:51
"Qarabağ" "Karvan-Yevlax"ı böyük hesabla məğlub edib
İtaliya Futbol Federasiyasının prezidenti istefa verib
İdman 18:29
İtaliya Futbol Federasiyasının prezidenti istefa verib
Azərbaycanın U-21 millisi Bolqarıstanla səfər matçında xal qazanıb
İdman 22:06
Azərbaycanın U-21 millisi Bolqarıstanla səfər matçında xal qazanıb
Azərbaycan millisi "FIFA Series - 2026" turnirinin qalibi olub - Yenilənib
İdman 21:27
Azərbaycan millisi "FIFA Series - 2026" turnirinin qalibi olub - Yenilənib
Azərbaycanlı FIFA referisi ilk dəfə baş hakim kimi beynəlxalq təyinat alıb
İdman 15:29
Azərbaycanlı FIFA referisi ilk dəfə baş hakim kimi beynəlxalq təyinat alıb
“Qarabağ”ın xanım azarkeşləri üçün giriş pulsuz olacaq
İdman 21:50
“Qarabağ”ın xanım azarkeşləri üçün giriş pulsuz olacaq
Tofiq Musayev UFC-də ilk qələbəsini qazanıb
İdman 10:01
Tofiq Musayev UFC-də ilk qələbəsini qazanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol