• $
  • £

Gəncənin yeni başçısı sakinlərlə görüşdü

Gəncənin yeni başçısı sakinlərlə görüşdü
04.09.2018 10:05
Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov Heydər Əliyev Prospekti ilə İsrafil Məmmədov küçəsinin kəsişməsində yerləşən 9 mərtəbəli binanın və ətraf ərazilərin sakinləri ilə görüşüb.

Bu barədə Axar.az-a İcra Hakimiyyətinin mətbuat xidmətindən məlumat verilib.

Niyazi Bayramov bildirib ki, görüş Prezident İlham Əliyevin tapşırıq və tövsiyyələrinə uyğun olaraq keçirilir. O deyib ki, məqsəd sakinlərin problemlərini öyrənmək və onların həlli yollarını tapmaqdır. "Açıq mikrafon” şəraitində keçən görüşdə vətəndaşlar öz şikayətlərini dilə gətirib, müxtəlif təkliflərlə çıxış ediblər. Səslənən müraciətlər arasında işlə təminat, Qarabağ müharibəsi iştirakçıları və Çernobıl əlillərinə sanatoriyalara göndərişlərin verilməsi, adı çəkilən ərazidə bankomatların quraşdırılması, torpaq sahələrinin verilməsi üçün sakinlərin növbəyə götürülməsi və digər məsələlər öz əksini tapıb.

Ümumilikdə 40-dan çox şikayət və təklif dinlənilib. Bir çox məsələlər yerində öz həllini tapıb, digər problemlərin araşdırılaraq aradan qaldırılması üçün aidiyyatı qurum və şəxslərə müvafiq tapşırıqlar verilib.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bakıda yolun ortasında süpürgəçi qadın keçinib - FOTO
Cəmiyyət 12:32
Bakıda yolun ortasında süpürgəçi qadın keçinib - FOTO
Azərbaycanlı tanınmış dünyasını dəyişdi
Cəmiyyət 11:40
Azərbaycanlı tanınmış dünyasını dəyişdi
Azərbaycanda yüksək vəzifəli məmur rüşvət alarkən tutuldu
Cəmiyyət 10:31
Azərbaycanda yüksək vəzifəli məmur rüşvət alarkən tutuldu
Sevil Əliyeva üçün özəl gün - FOTOLAR
Cəmiyyət 10:07
Sevil Əliyeva üçün özəl gün - FOTOLAR
Nazir direktoru işdən azad etdi
Cəmiyyət 09:57
Nazir direktoru işdən azad etdi
Mətbuatdan vəzifəyə gedən məmurlar - SİYAHI
Cəmiyyət 09:51
Mətbuatdan vəzifəyə gedən məmurlar - SİYAHI
Xaricə getmək istəyənlər üçün ŞAD XƏBƏR
Cəmiyyət 09:42
Xaricə getmək istəyənlər üçün ŞAD XƏBƏR
Həsən Şirinova ağır itki
Cəmiyyət 09:25
Həsən Şirinova ağır itki
“Onunla bağlı heç nə bilmək istəmirəm” - Hacı İbrahim
Cəmiyyət 09:15
“Onunla bağlı heç nə bilmək istəmirəm” - Hacı İbrahim
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol