• $
  • £

“Qarabağ”ın legioneri: Çox əsəbiyəm

“Qarabağ”ın legioneri: Çox əsəbiyəm
12.09.2018 20:40
Avropa Liqasının qrup mərhələsinin ilk turunda "Sportinq”lə qarşılaşacaq "Qarabağ” ciddi itki ilə üzləşib.

Oxu.Az xəbər verir ki, komanda bolqarıstanlı yarımmüdafiəçisi Simeon Slavçevin xidmətindən məhrum olub.

UEFA Millətlər Liqasında Norveçlə oyundan öncə isinmə hərəkətləri edən zaman zədə alan Slavçevin durumuna tam aydınlıq gəlib. O, iki həftə yaşıl meydanlardan uzaq qalacaq. Bu, o deməkdir ki, o, 2014-2018-ci illərdə müqavilə ilə məxsus olduğu Portuqaliyanın "Sportinq” komandasına qarşı oynaya bilməyəcək. Futbolçu özü bu barədə deyib: 

"Bud əzələmdə ikinci dərəcəli gərginlik olduğu təsbit edildi. Hətta bu, daha da pis ola bilərdi. Əgər əzələmdə yırtıq aşkarlansaydı, vəziyyət ağır olacaqdı. Bu zədəyə görə iki həftə oynamayacağam. Çox əsəbiyəm, çünki "Sportinq”lə qarşılaşmada komandama kömək edə bilməyəcəyəm”.

Qeyd edək ki, yay transfer dönəmində "Qarabağ”a keçmiş Simeon Slavçev sentyabrın 6-da Bolqarıstanın Sloveniya ilə görüşündə (2:1) doxsan dəqiqə forma geyinmişdi. O, həmin matçın əllinci dəqiqəsində sarı vərəqə almışdı.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Futbol üzrə dünya çempionatına təyinat alan hakimlər açıqlanıb
İdman 21:05
Futbol üzrə dünya çempionatına təyinat alan hakimlər açıqlanıb
Əliyar Ağayev cəzalandırılıb
İdman 22:17
Əliyar Ağayev cəzalandırılıb
"Qarabağ" "Karvan-Yevlax"ı böyük hesabla məğlub edib
İdman 20:51
"Qarabağ" "Karvan-Yevlax"ı böyük hesabla məğlub edib
İtaliya Futbol Federasiyasının prezidenti istefa verib
İdman 18:29
İtaliya Futbol Federasiyasının prezidenti istefa verib
Azərbaycanın U-21 millisi Bolqarıstanla səfər matçında xal qazanıb
İdman 22:06
Azərbaycanın U-21 millisi Bolqarıstanla səfər matçında xal qazanıb
Azərbaycan millisi "FIFA Series - 2026" turnirinin qalibi olub - Yenilənib
İdman 21:27
Azərbaycan millisi "FIFA Series - 2026" turnirinin qalibi olub - Yenilənib
Azərbaycanlı FIFA referisi ilk dəfə baş hakim kimi beynəlxalq təyinat alıb
İdman 15:29
Azərbaycanlı FIFA referisi ilk dəfə baş hakim kimi beynəlxalq təyinat alıb
“Qarabağ”ın xanım azarkeşləri üçün giriş pulsuz olacaq
İdman 21:50
“Qarabağ”ın xanım azarkeşləri üçün giriş pulsuz olacaq
Tofiq Musayev UFC-də ilk qələbəsini qazanıb
İdman 10:01
Tofiq Musayev UFC-də ilk qələbəsini qazanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol