• $
  • £

Ronaldunun bacısı: Qardaşımı məhv etmək istəyirlər

Ronaldunun bacısı: Qardaşımı məhv etmək istəyirlər
20.09.2018 20:39
İtaliyanın "Yuventus” futbol klubunun hücumçusu Kriştianu Ronaldunun bacısı Katya Aveyru "Instagram” hesabında qardaşının Çempionlar Liqasının qrup mərhələsi çərçivəsində İspaniyanın "Valensiya” klubuna qarşı keçirilən qoyunda qırmızı vərəqə alaraq, meydandan qovulmasına münasibət bildirib. 

Oxu.Az bununla bağlı Lenta.ru-ya istinadla xəbər verib. 

"Bizim futbolumuza görə utanıram. İnanıram ki, ədalət yerini tutacaq. Onlar qardaşımı məhv etmək istəyirlər. Onlar onun göz yaşlarına görə cavab verəcəklər”, - Aveyru yazıb. 
 
Dünən "Valensiya”ya qarşı keçirilən oyunda Ronaldu qırmızı vərəqə alıb. Hakim Feliks Brix portuqaliyalını matçın 29-cu dəqiqəsində meydançadan kənarlaşdırıb.

Hakim hesab edib ki, Ronaldu meydan sahiblərinin müdafiəçisi Ceyson Murilonu üzündən vurub. Kriştianu meydançanı göz yaşları içərisində tərk edib. 

Bu, 33 yaşlı futbolçunun karyerasında Çempionlar Liqası oyununda ilk qırmızı vərəqə olub. Ronaldu oktyabrın 2-də "Young Boys”a qarşı keçiriləcək növbəti oyunu buraxmalı olacaq. 

Qeyd edək ki, "Yuventus” azlıqda olmasına baxmayaraq, "Valensiya”nı 2:0 hesabı ilə məğlub edib. 

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Futbol üzrə dünya çempionatına təyinat alan hakimlər açıqlanıb
İdman 21:05
Futbol üzrə dünya çempionatına təyinat alan hakimlər açıqlanıb
Əliyar Ağayev cəzalandırılıb
İdman 22:17
Əliyar Ağayev cəzalandırılıb
"Qarabağ" "Karvan-Yevlax"ı böyük hesabla məğlub edib
İdman 20:51
"Qarabağ" "Karvan-Yevlax"ı böyük hesabla məğlub edib
İtaliya Futbol Federasiyasının prezidenti istefa verib
İdman 18:29
İtaliya Futbol Federasiyasının prezidenti istefa verib
Azərbaycanın U-21 millisi Bolqarıstanla səfər matçında xal qazanıb
İdman 22:06
Azərbaycanın U-21 millisi Bolqarıstanla səfər matçında xal qazanıb
Azərbaycan millisi "FIFA Series - 2026" turnirinin qalibi olub - Yenilənib
İdman 21:27
Azərbaycan millisi "FIFA Series - 2026" turnirinin qalibi olub - Yenilənib
Azərbaycanlı FIFA referisi ilk dəfə baş hakim kimi beynəlxalq təyinat alıb
İdman 15:29
Azərbaycanlı FIFA referisi ilk dəfə baş hakim kimi beynəlxalq təyinat alıb
“Qarabağ”ın xanım azarkeşləri üçün giriş pulsuz olacaq
İdman 21:50
“Qarabağ”ın xanım azarkeşləri üçün giriş pulsuz olacaq
Tofiq Musayev UFC-də ilk qələbəsini qazanıb
İdman 10:01
Tofiq Musayev UFC-də ilk qələbəsini qazanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol