• $
  • £

Ronaldu Qurban Qurbanovun yolu ilə getdi

Ronaldu Qurban Qurbanovun yolu ilə getdi
24.09.2018 20:16
İtaliyanın "Yuventus” klubunun futbolçusu Kriştianu Ronaldu bu gün FIFA-nın Böyük Britaniyanın paytaxtı Londonda təşkil edəcəyi "The Best” mükafatlandırma mərasiminə getməyəcək.

Oxu.Az xəbər verir ki, ötən il bu titula yiyələnmiş ulduz futbolçu budəfəki tədbirə qatılmamasına səbəb kimi komandanın oyunlarının sıx qrafikdə olmasını əsas gətirib. 

Həmçinin millimizin baş məşqçisi Qurban Qurbanov da həmin səbəbdən mərasimə qatılmaqdan imtina edib. AFFA-nı bu tədbirdə baş katib Elxan Məmmədov və qurumun almaniyalı texniki direktoru Bernhard Lipert təmsil edəcək. 

Qeyd edək ki, Bakı vaxtı ilə saat 22:30-da başlayacaq mərasimdə futbolçulardan Luka Modriç ("Real”), Məhəmməd Salah ("Liverpul”) və Kriştianu Ronaldunun, baş məşqçilərdən Didye Deşam (Fransa millisi), Zinəddin Zidan ("Real”ın sabiq çalışdırıcısı) və Zlatko Daliçin (Xorvatiya yığması) ən yaxşı olduğu müəyyənləşdiriləcək.

Həmçinin tədbirdə ən yaxşı qadın baş məşqçi, ən yaxşı qapıçı, ən yaxşı qol və ən yaxşı azarkeş aksiyası nominasiyaları üzrə qaliblər də elan olunacaq. Bundan başqa, FIFA-nın "Fair Play” mükafatı təqdim ediləcək və ilin simvolik komandası açıqlanacaq.



www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Futbol üzrə dünya çempionatına təyinat alan hakimlər açıqlanıb
İdman 21:05
Futbol üzrə dünya çempionatına təyinat alan hakimlər açıqlanıb
Əliyar Ağayev cəzalandırılıb
İdman 22:17
Əliyar Ağayev cəzalandırılıb
"Qarabağ" "Karvan-Yevlax"ı böyük hesabla məğlub edib
İdman 20:51
"Qarabağ" "Karvan-Yevlax"ı böyük hesabla məğlub edib
İtaliya Futbol Federasiyasının prezidenti istefa verib
İdman 18:29
İtaliya Futbol Federasiyasının prezidenti istefa verib
Azərbaycanın U-21 millisi Bolqarıstanla səfər matçında xal qazanıb
İdman 22:06
Azərbaycanın U-21 millisi Bolqarıstanla səfər matçında xal qazanıb
Azərbaycan millisi "FIFA Series - 2026" turnirinin qalibi olub - Yenilənib
İdman 21:27
Azərbaycan millisi "FIFA Series - 2026" turnirinin qalibi olub - Yenilənib
Azərbaycanlı FIFA referisi ilk dəfə baş hakim kimi beynəlxalq təyinat alıb
İdman 15:29
Azərbaycanlı FIFA referisi ilk dəfə baş hakim kimi beynəlxalq təyinat alıb
“Qarabağ”ın xanım azarkeşləri üçün giriş pulsuz olacaq
İdman 21:50
“Qarabağ”ın xanım azarkeşləri üçün giriş pulsuz olacaq
Tofiq Musayev UFC-də ilk qələbəsini qazanıb
İdman 10:01
Tofiq Musayev UFC-də ilk qələbəsini qazanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol