• $ 1.7
  • € 1.9768
  • ₽ 0.021378
  • ₺ 0.0418
  • £ 2.2847

Navalnı 5 saniyə azadlıqda qaldı, yenidən həbs olundu

Navalnı 5 saniyə azadlıqda qaldı, yenidən həbs olundu
28.05.2020 21:44
Rusiya müxalifətinin lideri, prezident Vladimir Putinin və onun həyata keçirdiyi sosial-iqtisadi proqramların qatı tənqidçisi, Rusiyada korrupsiyanın kökünün kəsilməsini tələb edən Aleksey Navalnı 30 gün xüsusi islah həbsxanasında cəza çəkdindən sonra azadlığa buraxılıb. Lakin həbsxananın qapısından çıxarkən cəmi 5 saniyə azadlığı dadmamış yenidən həbs edilib.

AzVision.az "Lenta.ru”ya istinadən xəbər verir ki, bu barədə Navalnının silahdaşı Leonid Volkov özünün "Tvitter" səhifəsində məlumat yayıb. Onun sözlərinə görə, Navalnı Rusiyanın inzibati xətalar məcəlləsinin 20.2 maddəsinin 4-cü bəndini pozduğuna – ictimai tədbir və yürüşlərin təşkilatçısı tərəfindən insan sağlamlığına və mülkiyyətinə zərər yetirildiyinə görə saxlanılıb və ona qarşı yeni cinayət işi açılıb. 

İş üzrə məhkəmə Navalnı barəsində 20 günlük inzibati həbs, yaxud 300 min rubl cərimə və ya 200 saatlıq məcburi islah işləri görmək qərarı verə bilər. Açılan cinayət işində ittihamçı tərəf isə Navalnının təşkil etdiyi mitinqlərdə xəsarət alan polis əməkdaşıdır. 

Qeyd edək ki, 9 sentyabrda Navalnının tərəfdaşları Moskva, Sankt-Peterburq və digər iri şəhərlərdə kütləvi aksiyalar keçirərək Rusiyada pensiya yaşının artırılmasına, həmçinin prezident Vladimir Putin və onun hökumətinin fəaliyyətinə etiraz ediblər. 

Xatırladaq ki, namizədliyi Rusiya Mərkəzi Seçki Komissiyası tərəfindən rədd edildiyinə görə, Aleksey Navalnı martın 18-də keçirilən prezident seçkilərinə qatıla bilməmişdi. 

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tramp Rusiyaya Alyaskada faydalı qazıntıların çıxarılmasını təklif etməyə hazırlaşır
Dünya 23:30
Tramp Rusiyaya Alyaskada faydalı qazıntıların çıxarılmasını təklif etməyə hazırlaşır
Özgür Özəl istintaqa cəlb edilib
Dünya 23:10
Özgür Özəl istintaqa cəlb edilib
Britaniyanın xarici işlər naziri lisenziyasız balıq tutduğuna görə cərimələnə bilər
Dünya 22:30
Britaniyanın xarici işlər naziri lisenziyasız balıq tutduğuna görə cərimələnə bilər
Rusiyada “WhatsApp” və “Telegram”zəngləri məhdudlaşdırılır
Dünya 21:53
Rusiyada “WhatsApp” və “Telegram”zəngləri məhdudlaşdırılır
Pezeşkian Netanyahunun iranlıları etiraza çağırmasını pisləyib
Dünya 20:10
Pezeşkian Netanyahunun iranlıları etiraza çağırmasını pisləyib
Türkiyədə yenidən zəlzələ olub
Dünya 20:00
Türkiyədə yenidən zəlzələ olub
Tramp Zelenski və Avropa liderlərinə zəng edib
Dünya 19:58
Tramp Zelenski və Avropa liderlərinə zəng edib
İsrail Baş Qərargahı Qəzzaya hücumla bağlı qərar verib
Dünya 19:31
İsrail Baş Qərargahı Qəzzaya hücumla bağlı qərar verib
Polşa Belarusun dialoqu bərpa etmək təklifini rədd edib
Dünya 17:03
Polşa Belarusun dialoqu bərpa etmək təklifini rədd edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol