• $
  • £

Ərdoğan ABŞ-a meydan oxudu: “Heç kim bizdən inciməsin”

Ərdoğan ABŞ-a meydan oxudu: “Heç kim bizdən inciməsin”
26.09.2018 22:47
ABŞ-ın Tehrana münasibətdə tətbiq etdiyi sanksiyalara və Vaşinqtonun İranla biznesi davam etdirən ölkələri təhdid etməsinə rəğmən, Türkiyə İrandan təbii qaz almağa davam edəcək.

AzVision.az xəbər verir ki, BMT Baş Assambleyasının 73-cü sessiyası çərçivəsində Nyu-Yorkdakı iclaslara qatılan Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan "Reuters”ə eksklüziv müsahibəsində belə deyib.

"Realist olmalıyıq. Mən qışda əhalinin donmasına imkan verməliyəm ki? Bu qərarımıza görə heç kəs bizdən inciməməlidir. Əgər İrandan təbii qaz idxalını dayandırsaq, xalqımın evlərini necə isidə bilərəm?”, – deyə Ərdoğan bəyan edib. 

O, həmçinin, Vaşinqtonla Ankara arasında münasibətlərin daha da gərginləşməsinə səbəb olan Türkiyədə həbs edilmiş amerikalı keşiş Endryu Branson məsələsinə də toxunub. Ərdoğan vurğulayıb ki, Bransonun taleyini siyasətçilər yox, Türkiyə məhkəməsi həll etməlidir. 

Xatırladaq ki, amerikalı keşiş Endryu Branson hazırda Türkiyədə ev dustağıdır. O, Türkiyədə terroru dəstəkləməkdə, həmçinin FETÖ və PKK terror təşkilatları ilə əməkdaşlıqda ittiham olunur və 35 il azadlıqdan məhrumetmə cəzası ala bilər. Vaşinqton onun azadlığa buraxılmasını tələb etsə də, Ankara keşişin həbsinin qanuni olduğu və kifayət qədər dəlillərə əsaslandığını bildirir. Lakin avqustun 1-də ABŞ Maliyyə Nazirliyi Türkiyənin ədliyyə naziri Əbdülhəmid Gül və daxili işlər naziri Süleyman Soylunu insan hüquqlarını kobud şəkildə pozmaqda günahlandıraraq onlara qarşı sanksiya tətbiq edilməsinə dair qərar qəbul edib. Vaşinqtonun bu addımı ikitərəfli münasibətlərdə gərginliyi daha da artırıb.

Avqustun 10-da isə ABŞ prezidenti Donald Tramp Türkiyədən idxal olunan polad və alüminiuma ikiqat ticarət tarifinin tətbiqi barədə qərar verib. Türkiyədən alınan alüminiuma 20%, polada isə 50% gömrük rüsümu tətbiq olunacaq. Trampın bu qərarı ilə türk lirəsi dollar qarşısında rekord tarixi enişini yaşayıb. Ümumilikdə, bu il ərzində lirə dollara nisbətdə 40 faiz ucuzlaşıb. 

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
İsrailin Livana endirdiyi zərbədə "İslam cihadı"nın komandiri öldürülüb
Dünya 23:49
İsrailin Livana endirdiyi zərbədə "İslam cihadı"nın komandiri öldürülüb
İran səmasında ABŞ və İsrailə məxsus daha yeddi PUA vurulub
Dünya 23:05
İran səmasında ABŞ və İsrailə məxsus daha yeddi PUA vurulub
Ərdoğan NATO baş katibi ilə İran ətrafındakı vəziyyəti müzakirə edib
Dünya 22:30
Ərdoğan NATO baş katibi ilə İran ətrafındakı vəziyyəti müzakirə edib
İspaniya ABŞ-yə hərbi bazalarından istifadəni qadağan etdi
Dünya 21:24
İspaniya ABŞ-yə hərbi bazalarından istifadəni qadağan etdi
Türkiyədə zəlzələ olub
Dünya 20:53
Türkiyədə zəlzələ olub
Qətər İrandan uçan iki Su-24 təyyarəsini vurub
Dünya 20:47
Qətər İrandan uçan iki Su-24 təyyarəsini vurub
Dubay hava limanları uçuşları qismən bərpa edib
Dünya 19:27
Dubay hava limanları uçuşları qismən bərpa edib
Tramp İranla bağlı çıxış edəcək
Dünya 19:19
Tramp İranla bağlı çıxış edəcək
ABŞ bu ölkədəki səfirliyini bağladı
Dünya 18:33
ABŞ bu ölkədəki səfirliyini bağladı
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol