• $ 1.7
  • € 1.994
  • ₽ 0.021421
  • ₺ 0.0398
  • £ 2.2771

Kral efirdə ABŞ-ı sərt tənqid etdi

Kral efirdə ABŞ-ı sərt tənqid etdi
27.09.2018 23:20
İordaniya kralı II Abdulla ABŞ-ın İsrail-Fələstin münaqişəsilə bağlı birtərəfli mövqe tutaraq yalnız İsraillə dialoq aparmasını və fələstinlilərlə etibarlı münasibətlər qurmamasını sərt şəkildə tənqid edib.
 
AzVision.az xəbər verir ki, İordaniya kralı "Fox News”a verdiyi müsahibədə bu cür tənqidi fikirlər səsləndirib. Onun sözlərinə görə, ABŞ lap əvvəldən İsraillə Fələstin arasında ədalətli və balanslaşdırılmış razılaşma əldə edilməsinin tərəfdarı olduğunu göstərib. 

"Amma indi İordaniya ABŞ-ın planının nədən ibarət olduğunu anlaya bilmir. Və bu anlaşılmazlıq və Vaşinqtonun məlum davranışları İsrail-Fələstin münaqişəsinin nizamlanmasında çıxılmaz vəziyyət yaradır. Məni daha çox "iki dövlət” konsepsiyasından "bir dövlət” prinsipinə keçilmə ehtimalı narahat edir. Bu, bütün region, o cümlədən, İsrail üçün də fəlakət olardı. Biz fələstinlilərlə ABŞ arasında etimad körpüsünü necə quraq? İndiki məqamda amerikalılar yalnız bir tərəflə danışıqlar aparır və digəri ilə söhbət etmir. Bu, bizim düşdüyümüz çıxılmaz vəziyyətdir”, – deyə II Abdulla vurğulayıb. 

Qedək ki, bundan əvvəl ABŞ prezidenti Donald Tramp İsraillə Fələstin arasında "iki dövlət” prinsipi üzrə razılaşma əldə olunacağına ümid etdiyini bildirmişdi. Lakin Nyu-Yorkdakı mətbuat konfransında bəyan etmişdi ki, münaqişənin həlli üçün "iki dövlət” prinsipi heç də mütləq deyil və əgər tərəflər razı olarsa, ABŞ "bir dövlət” prinsipi üzrə də razılaşmanı qəbul etməyə hazırdır. 

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
ABŞ “Green Card” lotereyasını müvəqqəti dayandırır
Dünya 10:05
ABŞ “Green Card” lotereyasını müvəqqəti dayandırır
İran "gözəgörünməz" dronunu təqdim edib
Dünya 23:13
İran "gözəgörünməz" dronunu təqdim edib
ABŞ Beynəlxalq Cinayət Məhkəməsinin iki hakiminə sanksiya tətbiq edib
Dünya 23:00
ABŞ Beynəlxalq Cinayət Məhkəməsinin iki hakiminə sanksiya tətbiq edib
Zelenski Polşaya səfər edib
Dünya 22:53
Zelenski Polşaya səfər edib
“Telegram” Rusiyada növbəti dəfə cərimələnib
Dünya 22:40
“Telegram” Rusiyada növbəti dəfə cərimələnib
Brüsseldə fermerlər Aİ-MERCOSUR sazişinə qarşı etiraz aksiyası keçiriblər
Dünya 22:30
Brüsseldə fermerlər Aİ-MERCOSUR sazişinə qarşı etiraz aksiyası keçiriblər
ABŞ-də təyyarə qəzaya uğrayıb
Dünya 21:56
ABŞ-də təyyarə qəzaya uğrayıb
Uitkoff Qətər, Misir və Türkiyə nümayəndələri ilə Qəzza üzrə razılaşmaları müzakirə edəcək
Dünya 20:10
Uitkoff Qətər, Misir və Türkiyə nümayəndələri ilə Qəzza üzrə razılaşmaları müzakirə edəcək
Ukrayna nümayəndə heyəti sabah Floridaya gedəcək
Dünya 18:45
Ukrayna nümayəndə heyəti sabah Floridaya gedəcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol