• $ 1.7
  • € 1.994
  • ₽ 0.021421
  • ₺ 0.0398
  • £ 2.2771

Sarkisyan aktiv siyasi fəaliyyətə başlayır - "Qisas planı"

Sarkisyan aktiv siyasi fəaliyyətə başlayır -
27.09.2018 15:30
Yay aylarındakı durğunluğa son qoyaraq Ermənistanın müxalif Respublikaçılar partiyası uzun fasilədən sonra yenidən partiyanın icra orqanının fəaliyyətini bərpa etmək qərarına gəlib.
 
AzVision.az Ermənistanın nüfuzlu "Joxovurd” qəzetinə istinadən xəbər verir ki, Respublikaçıların sədri, Ermənistanın istefaya məcbur edilən sabiq prezidenti Serj Sarkisyan yenidən partiyanın iclaslarına başçılıq etməklə "silahdaşlarını” bir araya toplamaq və aktiv fəaliyyətə keçmək qərarı verib. 

"Bu gün uzun fasilədən sonra Respublikaçılar partiyası icra orqanının payız sessiyasındakı ilk iclası keçiriləcək. Etibarlı mənbələrimiz bildirir ki, iclasa partiyanın rəhbəri Serj Sarkisyan sədrlik edəcək. Respublikaçılar partiyasının təşkilati işlər üzrə komissiyasının sədri Ruben Tatevosyan bizə məlumat verib ki, bundan sonra partiyanın iclasları hər həftə keçirilməklə müntəzəm xarakter daşıyacaq. Lakin iclasın gündəliyi əvvəlcədən bilinmir və yalnız toplantı zamanı məlum olacaq ki, Sarkisyan partiya üzvlərini nə məqsədlə bir araya gətirir”, – deyə "Joxovurd” yazıb.

Qeyd olunub ki, istefa verdikdən sonra "siyasi qəribliyə" çəkilən Sarkisyanın məhz payızda aktivləşmək qərarı onun baş nazir Nikol Paşinyana qarşı ciddi mübarizəyə hazırlaşdığından xəbər verir. Çünki Sarkisyan kimi "avtoritet" öz ambisiyalarından əl çəkərək bu cür asanlıqla məğlub edilməsilə barışacaq şəxs deyil. Bu mənada, kifayət qədər əlaqələrə və təcrübəyə malik keçmiş prezidentin yeni hökumətə qarşı "qisas planı"nı işə salacağı istisna edilmir. Elə Sarkisyanın Paşinyanın payızda istefa verərək növbədənkənar parlament seçkilərini gələn ilin yazına yox, bu ilin sonuna salacağilə bağlı yayılan məlumatlardan sonra aktivləşməsi də bununla izah edilir. 

Erməni KİV-ri yazır ki, parlamentin Paşinyanın nəzarətinə keçməsinin qarşısını almaq üçün Sarkisyan qarşıdakı iclaslarda Respublikaçılar partiyasına ciddi təlimat verərək silahdaşlarına hökumətlə mübarizənin yeni metodlarını təqdim edəcək. 

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
ABŞ “Green Card” lotereyasını müvəqqəti dayandırır
Dünya 10:05
ABŞ “Green Card” lotereyasını müvəqqəti dayandırır
İran "gözəgörünməz" dronunu təqdim edib
Dünya 23:13
İran "gözəgörünməz" dronunu təqdim edib
ABŞ Beynəlxalq Cinayət Məhkəməsinin iki hakiminə sanksiya tətbiq edib
Dünya 23:00
ABŞ Beynəlxalq Cinayət Məhkəməsinin iki hakiminə sanksiya tətbiq edib
Zelenski Polşaya səfər edib
Dünya 22:53
Zelenski Polşaya səfər edib
“Telegram” Rusiyada növbəti dəfə cərimələnib
Dünya 22:40
“Telegram” Rusiyada növbəti dəfə cərimələnib
Brüsseldə fermerlər Aİ-MERCOSUR sazişinə qarşı etiraz aksiyası keçiriblər
Dünya 22:30
Brüsseldə fermerlər Aİ-MERCOSUR sazişinə qarşı etiraz aksiyası keçiriblər
ABŞ-də təyyarə qəzaya uğrayıb
Dünya 21:56
ABŞ-də təyyarə qəzaya uğrayıb
Uitkoff Qətər, Misir və Türkiyə nümayəndələri ilə Qəzza üzrə razılaşmaları müzakirə edəcək
Dünya 20:10
Uitkoff Qətər, Misir və Türkiyə nümayəndələri ilə Qəzza üzrə razılaşmaları müzakirə edəcək
Ukrayna nümayəndə heyəti sabah Floridaya gedəcək
Dünya 18:45
Ukrayna nümayəndə heyəti sabah Floridaya gedəcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol