• $
  • £

Azərbaycanlı məşhur idmançı əməliyyat olunmalıdır

Azərbaycanlı məşhur idmançı əməliyyat olunmalıdır
02.10.2018 11:00
Dünya və Avropa çempionatı mükafatçısı, dünya kubokunun qalibi, cüdoçu İlqar Müşkiyev təcili əməliyyat olunmalıdır. 

Bu barədə Unikal.org-a müsahibəsində idmançının özü məlumat verib. Onun sözlərinə görə, əməliyyat olunması üçün 15 min avroya ehtiyac var:

- Uzun müddətdir görünmürsünüz. Bu da sizin idmandan getdiyiniz iddialarının ortaya atılmasına səbəb olub.

- Sözün düzü, son olimpiya oyunlarından sonra zədələndim. Mütləq əməliyyat olunmalıyam.
Əməliyyat təkrar olduğu üçün çox çətin və bahalı əməliyyatdır. Əməliyyat İtaliyada baş tutmalıdır. Bunun üçün 15 min avro vəsait tələb olunur.

- Bizdə olan məlumata görə, federasiya ilə aranızda narazılıq yaranıb.

- Nə deyim vallah bilmirəm...

- Belə ki, İlqar Müşkiyevi gözdən çıxarıblar.

- Məlum zədəyə görə indi nəticə vermirəm, arenalarda görünmürəm. Sonuncu dəfə qatıldığım yarış bu ilin fevral ayında Parisdə keçirilən Qrand-Slam beynəlxalq turniri idi. Həmin yarışda 73 kq çəki dərəcəsində çıxış edirdim. Amma zədəm üzündən ilk görüşdə də məğlub oldum.

- Əməliyyatınıza və müalicələrinizə federasiya dəstək olur?

- Bu barədə danışıqlar gedir. Əvvəlcə də müraciət etmişəm.

- Bu günə qədər müraciət etməmişdiniz?

- Təbii ki etmişdim. Amma onu deyim hər kəsə yaxşı məlum idi ki, mən zədəliyəm. 

- Hazırda müalicə olunursunuz?

- Xeyr, olunmuram.

- Bəs,  bu zədə sizə məşq zamanı əziyyət vermir?

- Yığma komandanın məşqlərinə qatılmasam da özüm fərdi şəkildə məşq edirəm. Ağır məşqlər etmirəm. Ancaq zədəm peşəkar şəkildə məşqlərə, güləşməyə mane olur.

- Əməliyyat olunsanız yenidən nə zaman məşqlərə qayıda bilərsiniz?

- Əməliyyat olunsam, 6 aya yenidən böyük idmana qayıda bilərəm.

- Ölkəmizədə keçirilən dünya çempionatında komanda yoldaşlarınızın çıxışı təəssüfləndirici oldu. Bunun günahkarı kimdir sizcə?

- Günahkar axtarmaq düzgün olmaz. Həm pis nəticə deyil.

- Rüstəm Orucov, Orxan Səfərov, Elmar Qasımov, Nicat Şıxalizadə kimi idmançılar medalsız qaldı. Onlar ən böyük medal ümidlərimiz idi.

- Dünya çempionatında çox güclü rəqabət var. Adlarını çəkdiyimiz idmançılar da həmin yarışda özləri kimi uğur qazanmış idmançılarla mübarizə aparırdılar.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Futbol üzrə dünya çempionatına təyinat alan hakimlər açıqlanıb
İdman 21:05
Futbol üzrə dünya çempionatına təyinat alan hakimlər açıqlanıb
Əliyar Ağayev cəzalandırılıb
İdman 22:17
Əliyar Ağayev cəzalandırılıb
"Qarabağ" "Karvan-Yevlax"ı böyük hesabla məğlub edib
İdman 20:51
"Qarabağ" "Karvan-Yevlax"ı böyük hesabla məğlub edib
İtaliya Futbol Federasiyasının prezidenti istefa verib
İdman 18:29
İtaliya Futbol Federasiyasının prezidenti istefa verib
Azərbaycanın U-21 millisi Bolqarıstanla səfər matçında xal qazanıb
İdman 22:06
Azərbaycanın U-21 millisi Bolqarıstanla səfər matçında xal qazanıb
Azərbaycan millisi "FIFA Series - 2026" turnirinin qalibi olub - Yenilənib
İdman 21:27
Azərbaycan millisi "FIFA Series - 2026" turnirinin qalibi olub - Yenilənib
Azərbaycanlı FIFA referisi ilk dəfə baş hakim kimi beynəlxalq təyinat alıb
İdman 15:29
Azərbaycanlı FIFA referisi ilk dəfə baş hakim kimi beynəlxalq təyinat alıb
“Qarabağ”ın xanım azarkeşləri üçün giriş pulsuz olacaq
İdman 21:50
“Qarabağ”ın xanım azarkeşləri üçün giriş pulsuz olacaq
Tofiq Musayev UFC-də ilk qələbəsini qazanıb
İdman 10:01
Tofiq Musayev UFC-də ilk qələbəsini qazanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol