• $
  • £

“Qarabağ”ın oyunu təxirə salındı

“Qarabağ”ın oyunu təxirə salındı
02.10.2018 17:44
Peşəkar Futbol Liqası Azərbaycan Premyer Liqasının 7-ci turu ilə bağlı dəyişiklik edib.

Unikal.org xəbər verir ki, bu dəyişiklik AFFA, "Qarabağ” və "Keşlə” klublarının rəsmi müraciəti əsasında həyata keçirilib.

Belə ki, Millətlər Liqasında 11 oktyabr tarixdə Farer adaları ilə səfərdə, 14 oktyabr tarixdə Malta ilə Bakıda keçiriləcək oyunlara daha yaxşı hazırlaşmaq məqsədi ilə Azərbaycan milli komandası 6 oktyabrda təlim-məşq toplanışına start verəcək. Bütün bunları nəzərə alan AFFA Peşəkar Futbol Liqasından 7-ci turun təqvimində dəyişiklik edilməsini xahiş edib.

Azərbaycan milli komandasının beynəlxalq oyunlarını və "Qarabağ”ın ölkəmizi Avropa Liqasının qrup mərhələsində təmsil etməsini nəzərə alan PFL hesabat turunun təqvimi ilə bağlı aşağıdakı dəyişikliyə razılıq verib:

* Topaz Premyer Liqasının 7-ci turunun 6 oktyabr tarixdə keçirilməli olan "Zirə” - "Qəbələ” matçı 5 oktyabr tarixdə keçirilsin.

* Topaz Premyer Liqasının 7-ci turunun 6 oktyabr tarixdə keçirilməli olan "Keşlə” - "Qarabağ” matçı 31 oktyabr tarixdə keçirilsin.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Futbol üzrə dünya çempionatına təyinat alan hakimlər açıqlanıb
İdman 21:05
Futbol üzrə dünya çempionatına təyinat alan hakimlər açıqlanıb
Əliyar Ağayev cəzalandırılıb
İdman 22:17
Əliyar Ağayev cəzalandırılıb
"Qarabağ" "Karvan-Yevlax"ı böyük hesabla məğlub edib
İdman 20:51
"Qarabağ" "Karvan-Yevlax"ı böyük hesabla məğlub edib
İtaliya Futbol Federasiyasının prezidenti istefa verib
İdman 18:29
İtaliya Futbol Federasiyasının prezidenti istefa verib
Azərbaycanın U-21 millisi Bolqarıstanla səfər matçında xal qazanıb
İdman 22:06
Azərbaycanın U-21 millisi Bolqarıstanla səfər matçında xal qazanıb
Azərbaycan millisi "FIFA Series - 2026" turnirinin qalibi olub - Yenilənib
İdman 21:27
Azərbaycan millisi "FIFA Series - 2026" turnirinin qalibi olub - Yenilənib
Azərbaycanlı FIFA referisi ilk dəfə baş hakim kimi beynəlxalq təyinat alıb
İdman 15:29
Azərbaycanlı FIFA referisi ilk dəfə baş hakim kimi beynəlxalq təyinat alıb
“Qarabağ”ın xanım azarkeşləri üçün giriş pulsuz olacaq
İdman 21:50
“Qarabağ”ın xanım azarkeşləri üçün giriş pulsuz olacaq
Tofiq Musayev UFC-də ilk qələbəsini qazanıb
İdman 10:01
Tofiq Musayev UFC-də ilk qələbəsini qazanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol