• $ 1.7
  • € 1.9897
  • ₽ 0.02109
  • ₺ 0.0415
  • £ 2.2968

“Lotu Quli”nin avtoritet kirvəsi azadlığa buraxıldı

“Lotu Quli”nin avtoritet kirvəsi azadlığa buraxıldı
03.10.2018 16:26
"Lotu Quli" ləqəbi ilə tanınan Nadir Səlifovun kirvəsi Məhəbbət Namazov azadlığa buraxılıb.

Anews.az Open.az-a istinadən xəbər verir ki, Məhəbbət Namazov cəzasının qalan hissəsinin şərti cəza ilə əvəzlənməsi üçün Sabunçu rayon Məhkəməsinə müraciət edib.

Sabunçu rayon Məhkəməsində hakim Fəqan Əhmədovun sədrliyi ilə keçirilən prosesdə M. Namazovun müraciəti təmin edilib və o məhkəmə zalından azadlığa buraxılıb.

M. Namazovun hüquqlarını Təranə Əliyeva və Gülnarə Xudabaxışova müdafiə edib.

Qeyd edək ki, M. Namazov 2016-cı ilin noyabrın 23-də Nəsimi rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb. Rəsmi məlumata görə, onun idarə etdiyi avtomobildən külli miqdarda narkotik vasitə aşkar olunub. Daha sonra M.Namazovun Ağstafa rayonun Sadıxlı kəndində olan evində də axtarış aparılıb. Evdən də xeyli miqdarda patron tapılıb. M.Namazov Cinayət Məcəlləsinin 234.1 (narkotik vasitə əldə etmə, saxlama), 228.1 (qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə) maddələri ilə ittiham edilib.

Lakin M. Namazov ifadəsinə heç bir zaman narkotik maddə istifadə etmədiyini deyib. O, ittihamların heç birini qəbul etməyib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Məhəbbət Namazov 3 il müddətinə azadlıqdan məhrum edilib.


M.Namazov kriminal aləmdə "Maxo Sadıqlı” kimi tanınır. O, azərbaycanlı qanuni oğru "Lotu Quli” kimi tanınan Nadir Səlifovun kirvəsidir.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Finlandiya piyada əleyhinə minaların istifadəsini bərpa edəcək
Dünya 22:30
Finlandiya piyada əleyhinə minaların istifadəsini bərpa edəcək
Putinlə danışıqlar bu ölkələrdə keçirilə bilər - Zelenski açıqladı
Dünya 22:08
Putinlə danışıqlar bu ölkələrdə keçirilə bilər - Zelenski açıqladı
“Apple” “iPhone 17” mobil telefonunu təqdim edəcək
Dünya 22:01
“Apple” “iPhone 17” mobil telefonunu təqdim edəcək
Belçika Ukraynaya F-16 qırıcıları verəcək
Dünya 21:22
Belçika Ukraynaya F-16 qırıcıları verəcək
ABŞ viza rüsumlarını artırıb
Dünya 20:49
ABŞ viza rüsumlarını artırıb
Ermənistan və Gürcüstanda rekord quraqlıq
Dünya 09:04
Ermənistan və Gürcüstanda rekord quraqlıq
Tram Qəzzadakı münaqişənin həlli üçün bir neçə həftə müddət verdi
Dünya 08:57
Tram Qəzzadakı münaqişənin həlli üçün bir neçə həftə müddət verdi
Tbilisi–Ankara birbaşa reysləri oktyabrda bərpa olunacaq
Dünya 08:49
Tbilisi–Ankara birbaşa reysləri oktyabrda bərpa olunacaq
Ərdoğan Zəngəzur dəhlizindən danışıb
Dünya 23:54
Ərdoğan Zəngəzur dəhlizindən danışıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol